Siyasət

  • 3 664

İlham Hüseynli baş troll statusundan məhrum olundu ANALİZ

image

El arasında bir məsəl var: “İlanın ağına da, qarasına da lənət”. Sanki bu el məsəlini dağıdıcı müxalifət düşərgəsində təmsil olunan şəxslərə də şamil etmək istəyirsən. Nədən ki, bu şəxslər xarici maraqlı dairələrdən maddi və mənəvi dəstək aldıqlarından Azərbaycanın milli və dövlətçilik maraqlarına yönəldilmiş siyasət aparırlar. Özlərinə yaxın saytlarda və sosial şəbəkələrdə birbaşa Koçaryan, Sarkisyan, Vardanyan kimi Azərbaycana qarşı ittihamlar səsləndirir, haqqında beynəlxalq aləmdə mənfi rəy formalaşdırmağa çalışırlar. AXCP sədri Əli Kərimli, Milli Şuranın sədri Cəmil Həsənli, AXCP funksionerləri Fuad Qəhrəmanlı, İlham Hüseynli, Seymur Həzi, Milli Şuranın üzvləri Tofiq Yaqublu, Gültəkin Hacıbəyli və digərləri sanki erməni ailəsində göz açıb, erməni çörəyini yeyib, boya-başa çatıblar. Hər fürsətdə Azərbaycana qarşı qərəzli təbliğat işi aparırlar. T.Yaqublu deyir ki, “Zəngəzur Azərbaycanın avantürasıdır”. Əli Kərimli isə iddia edir ki, Azərbaycan Ermənistanla sərhəddə mövqelərini möhkəmləndirməklə bölgədə sülhə təhdid yaradır. C.Həsənli isə birbaşa Fransadakı erməni lobbisini arzu etdiklərini dilə gətirir: “Xankəndidə humanitar böhran yaratmaqla Azərbaycan bəzi ölkələri özünə qarşı çevirmiş olur”.

Ə.Kərimlinin ətrafında olanlar İ.Hüseynli ağılda və düşüncəsindədirlər

Trollar da boş dayanmırlar çalışırlar ki, Ə.Kərimliyə təqdim olunan tezislərə uyğun fəaliyyətlərini qursunlar. Misal üçün, AXCP-dəki troll dəstəsinin rəhbəri vəzifəsini icra edən İlham Hüseynli sosial şəbəkədəki səhifəsində hərbi zəfərimizə kölgə salmağa hesablanan sayıqlamalarla çıxış edib: “44 günlük müharibədən sonra hökumət elə siyasət yaratdı ki, "hərbi zəfər" ifadəsini işlətməyə tərəddüd edirsən. Çünki ötən dövr onlarla qazinin intiharına, Qarabağ cəbhəsində siyasi məğlubiyyətə xidmət etdi. Yəni, əldə olunmuş qələbəni elə sürətlə yeyirlər ki, süfrədə qıtlıq yaranıb”. Bu yarımmüdafiəçi rolunda çıxış edən troll hələ də Vətən müharibəsində əldə oluna parlaq qələbəni həzm edə bilmir. Hələ də anlamır ki, son iki yüz ilin zəfəri qazanılıb. Başa düşmür və ya başa düşmək istəmir ki, işğaldan azad edilən ərazilərimizdə yeni həyat qurulur, insanlar öz doğma yurd-yuvalarına qayıdırlar. Bu məsələ ilə bağlı İ.Hüseynlini qandıranların olmaması ona xidmət edir ki, elə Ə.Kərimlinin ətrafında olanlar İ.Hüseynli ağılda və düşüncəsindədirlər.

Troll ermənipərəst dairələrin tənqid edilməsindən narahat olub

İ.Hüseynli daha bir sayıqlama ilə çıxış edib. Deyir ki, "Zəngəzura gedirik", "Göyçəni alırıq", "İrəvəna giririk" kimi ucuz vətənpərvərlik şoularıyla, "münaqişə bitib", "düşmən gorbagor olub" kimi yalan təbliğatla özlərini də inandırdılar: “Ayılanda isə gördülər ki, diplomatiya cəbhəsində düşmən qılınc çalır. Və bir daha sübut olundu ki, "Ağıllı kənd"ə yox, ağıllı idarəçiliyə, müdrik siyasətə ehtiyac var. Ağıllı idarəçiliyin dəhlizi qapanıbsa, Laçın dəhlizində uğur qazanmaq çətindi. Qətiyyətli siyasətə giriş edə bilmirsənsə, Xankəndinə girə bilməzsən. Dövlət maraqlarının qapısını bağlamısansa, Ağdam yolunun açılıb-qapanması nəyi dəyişəcək? NATO-nu söymək, ABŞ-a qarğış hansı uğurun təminatıdır? Əslində, biz Qarabağda yox, Bakıda dalana dirənmişik. Bakıda verilən siyasi qərarların nəticəsidir ki, Qarabağda haqsız duruma düşmüşük. O məşhur 44 gündən 3 ilə yaxın vaxt ötür. İndi biz tamam başqa mənzərənin şahidi olmalıydıq. O 44 günün verdiyi hərbi-mənəvi güc siyasi gücə çevrilməli və ölkəyə yeni rəng, yeni nəfəs, yeni libas bəxş etməliydi. Amma intihar, tənəzzül, repressiya, hüquqsuzluq, qisas, hikkə, səfalət gətirdi”. İ.Hüseynlinin qarnının azarı bu cümlələri ilə bəlli olur. Məlum olur ki, trol ABŞ-a qarşı tənqidi fikirlərin səsləndirilməsindən və ya yazılmasından narahat olub. Əslində, məram və məqsədinin də ABŞ-dakı qaranlıq dairələri müdafiə etməkdir. Onlara haqq qazandırmağa çalışır ki, bəzi ermənipərəst dairələr Azərbaycana qarşı səlib yürüşləri təşkil etməkdə haqlısınız. Trola başa salmaq lazımdır ki, artıq Qarabağ Azərbaycandır! Ağdam-Xankəndi yolu isə açılacaq. Buna heç kimin şübhəsi olmasın. Artıq dünəndən humanitar yüklər Ağdam-Xankəndi yolu ilə daşınmasına başlanılıb. Böyük və qüdrətli Azərbaycan öz tələbini Ermənistana və separatçıların arxasında dayananları qəbul etdirdi. Yaxın günlərdə isə üçrəngli Azərbaycan bayrağı Xankəndidə dalğalanacaq.

Ə.Kərimli AXCP-dəki trol dəstəsini yenidən formalaşdırır

Yuxarıda qeyd etdiyim fikirlər bir daha aktuallığını əks etdirmiş olur: Bu trollar erməni qucağından düşüblər. Necə ola bilər ki, Azərbaycanda yaradılan bütün imkanlardan bəhrələnməklə cah-cəlal içində yaşayasan, lakin erməni maraqlarından çıxış edəsən? Bəlkə də dünyada heç bir insan öz millətinə qarşı belə bir rəzaləti etmir, təbii ki, etməz. Ancaq dağıdıcı müxaliflər Azərbaycan xalqına, dövlətinə şər atır və bununla da erməni lobbisinin Bakıdakı təmsilçiləri olduqlarını nümayiş etdirirlər. Dərk etmirlər ki, onlar ancaq istifadə olunanlardır. Günün birində yararsız məhsul kimi zibil qutusuna atılacaq. Artıq İ.Hüseynli zibil qutusunun kənarındadır. Bir məqamda zibilliyə qarışıb arxivə göndəriləcək. Çünki Ə.Kərimli onu AXCP-dəki trol dəstəsinin rəhbərliyindən azad edib. Bu isə onun üçün siyasi intihara bərabədir. Yaxın günlərdə isə arxivlik olacaq.

İ.ƏLİYEV

Digər xəbərlər