PDF Oxu

Siyasət

  • 1 861

"Təxribatlar Azərbaycanın səbrini daşırıb" - HƏRBİ EKSPERT MÜNASİBƏT BİLDİRDİ

"Təxribatlar Azərbaycanın səbrini daşırıb" - HƏRBİ EKSPERT MÜNASİBƏT BİLDİRDİ

“Azərbaycandan başqa kimsə Ermənistana təsirli bir şəkildə “Dur” komandasını verməyəcək. Onlar artıq hər ay bir-iki dəfə və ya bir aydan bir başlarına yumruq dəymələrinə alışıblar. Çünki bəzi boş beyinlər var ki, onlar normal fəaliyyət göstərə bilmir. Gərək daim onların başının üstündə bir yumruq dayansın və zaman-zaman o yumruq havadan enib onları başa salsın”. Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. “Düşünürəm ki, artıq erməni təxribatları Azərbaycan tərəfinin tam səbrini daşırıb. Bu fəaliyyətlər cəzasız qalmayacaq. İki gün öncə ermənilərin quraşdırdığı mina nəticəsində bir zabitimiz sağlamlığını itirdi. Eyni zamanda, itin boğazına bağlanmış minanı əsgərlərimiz tərəfə yönəltmişdilər. Artıq bu cür təxribatçı addımlar səbrimizi tükədəcək. O zaman Ermənistan çox peşman olacaq, amma sonrakı peşmançılıq heç bir fayda verməyəcək”,- deyə ekspert əlavə edib.

Ləman Sərraf

Digər xəbərlər