PDF Oxu

Siyasət

  • 2 199

“Ermənilərin humanitar böhran yalanına son qoyuldu” - DEPUTAT FİKİR BİLDİRDİ

“Ermənilərin humanitar böhran yalanına son qoyuldu” - DEPUTAT FİKİR BİLDİRDİ

“Hesab edirəm ki, Azərbaycanın bir bölgəsindən digərinə daşımaların həyata keçirilməsi adi bir hadisədir. Azərbaycan öz suveren hüquqlarından birinin daha qəbul edilməsinə nail oldu. Amma bununla belə bu birinci və axırıncı olmamalıdır. Ağdam-Xankəndi yolunda təkcə Rusiyanın deyil, digər ölkələrin də yüklərinin daşınması adi bir hal almalıdır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib. Onun sözlərinə görə, gələcəkdə Ermənistandan gələn yüklər belə Azərbaycan ərazisindən keçə bilər: “Azərbaycan bütün ərazisində öz suveren hüquqlarını həyata keçirməyə malikdir. Ağdam-Xankəndi yolunun fəaliyyət göstərməsi ilə ermənilərin Xankəndində humanitar böhran yaşaması yalanına da son qoyuldu. Dünya bir daha şahid oldu ki, Azərbaycan ərazisində yaşayan bütün sakinlərə eyni münasibət göstərir və əhalisinin hər hansı problemlərlə qarşı-qarşıya qalmasına imkan vermir. Bunun üçün də bütün imkanlarından istifadə edir.Düzdür, qarşı tərəf Azərbaycandan gedən humanitar yardımı qəbul etmədi. Bununla da onlar öz aclıq oyunlarının yalan olduğunu ortaya qoymuş oldular. Rusiyadan gələn yükün isə Xankəndinə daxil olması ermənilərin Azərbaycana qarşı bir siyasi oyununa daha son qoydu. Azərbaycan öz ərazisində özünün bütün hüquqlarını həyata keçirməyi bacarır və bu hər zaman da belə davam edəcək”.

Müəllif: Səbinə Hüseynli

Digər xəbərlər