PDF Oxu

Siyasət

  • 2 354

Yerfi və Söhüb ərazi partiya təşkilatlarının partiya fəalları ilə görüş keçirilib FOTOLAR

Yerfi və Söhüb ərazi partiya təşkilatlarının partiya fəalları ilə görüş keçirilib FOTOLAR

12 sentyabr 2023-cü il tarixdə Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatı tərəfindən Yerfi və Söhüb ərazi partiya təşkilatlarının partiya fəalları ilə keçirilən görüşdə YAP Quba rayon təşkilatının sədri Fidan xanım Hüseynova, təşkilatın əməkdaşları, ictimaiyyət nümayəndələri və ətraf kəndlərin sakinləri iştirak etmişlər. Görüş iştirakçıları əvvəlcə Yerfi kəndində qəhrəman Şəhidlərin adına tikilmiş xatirə-bulaq kompleksini ziyarət etmiş, gül dəstələri düzmüşlər.

Daha sonra tədbir Yerfi kənd məktəbinin binasında davam etdirildi. Əvvəlcə görüş iştirakçıları Ulu öndər Heydər Əliyevin və torpaqlarımız azadlığı uğrunda şəhid olan soydaşlarımızın əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Görüşdə YAP Quba rayon təşkilatının sədri Fidan xanım Hüseynova 2023-cü ilin Ulu öndər Heydər Əliyev ili olduğunu qeyd edərək, Ulu Öndərin həyat və fəaliyyətindən, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının sədri, Prezident cənab İlham Əliyevin son 20 ildə gördüyü işlərdən, 44 günlük Vətən Müharibəsində qazanılan qələbəmizdən danışıb, bu gün aparılan uğurlu iqtisadi-siyasi islahatlar haqqında geniş məlumat verib.

Sədr onu da, qeyd etdi ki, YAP Quba rayon təşkilatı Ümumilli Lider Heydər Əliyev idealarına daim sadiq olmaqla fəaliyyəti dövründə öz işini partiyanın qəbul edilmiş Nizamnamə və Proqramına uyğun qurmaqla Prezident , Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin YAP –ın VII Qurultayındakı çıxışından irəli gələn vəzifələrin həyata keçirilməsi üçün öz səylərini nümayiş etdirir.

Görüş iştirakçıları göstərilən yüksək diqqət və qayğıya görə Partiyamızın Sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Digər xəbərlər