PDF Oxu

Siyasət

  • 3 114

“Azərbaycanda KİV-in reklam dövriyyəsi standartlardan aşağıdır“ - QURUM RƏSMİSİ AÇIQLADI

“Azərbaycanda KİV-in reklam dövriyyəsi standartlardan aşağıdır“ - QURUM RƏSMİSİ AÇIQLADI

“Əksər Kütləvi İnformasiya Vasitələrində, xüsusilə də radio və televiziyalarda reklam haqqında qanunun intensiv şəkildə pozulmasının şahidi oluruq. Xüsusi olaraq termin kimi gizli reklam adlandırılan metoddan istifadə olunması halları da geniş yayılıb. Bu faktlar nəzərə alınaraq, ciddi monitorinqlər təşkil edilməli, tədbirlər görülməlidir”. Bu sözləri SİA-ya açıqlamasında Jurnalistlərin Həmkarlar Təşkilatının üzvü Müşfiq Ələsgərli deyib. Onun sözlərinə görə, məsələyə laqeyd yanaşılır: “Azərbaycanda KİV-in reklam dövriyyəsi standartlardan aşağıdır. Bununla bağlı çoxsaylı fikirlər səsləndirilir. Bu baxımdan KİV-in reklam gəlirlərini stimullaşdırmaq üçün bəzən reklamların necə gəldi verilməsinə göz yumulur. Amma bu cür qanun pozuntuları ilə müşaiyət olunan reklam verlişləri gələcəkdə çox ciddi fəsadlara yol açacaq. Buna görə də media təşkilatları, bu sahədə mövcud olan qanunvericiliyin icra olunmasına nəzarət etməli olan orqanlar reklam verlişindəki bu cür neqativ hallarla bağlı monitorinq edib, təhlillər hazırlamalıdır”.

Müəllif: Səbinə Hüseynli

Digər xəbərlər