PDF Oxu

Siyasət

  • 2 552

Quru sərhədlər nə zaman açılacaq? - AYDINLIQ GƏTİRİLDİ

Quru sərhədlər nə zaman açılacaq? - AYDINLIQ GƏTİRİLDİ

“Məlum məsələdir ki, pandemiya ilə əlaqədar bir çox qadağalar aradan qaldırılıb. Təbii ki, quru yolların bağlı qalması pandemiyanın hələ də tam bitməməsindən irəli gəlir. Lakin bütün hallarda dövlətimiz vətəndaşının sağlamlığını və rifahını daima üstün tutur”. Bu sözləri SİA-ya açıqlamasında deputat Müşfiq Cəfərov deyib.
Deputat sözlərinə belə davam edib: “Mən deyərdim ki, hazırda quru sərhədlərin bağlı qalmasının izahı təkcə postpandemiya dövründəki yoluxma risklərini aradan qaldırmaq deyil. Dövlətimiz hazırda elə bir nöqtədə dayanıb ki, hər an ölkə daxilindəki sabitliyi pozmağa cəhdlər ola bilər. Həmçinin vətəndaşlarımızın təhlükəsizliyinin qorunması faktoru da burda öz rolunu oynayır.Azərbaycan vətəndaşlarının təhlükəsizliyini, dövlətimizin bütövlüyü və suvereliyini qorumaq üçün də quru sərhədlərinin bu günə qədər bağlı qalması lazımdırsa, vətəndaşlarımız bu məsələdə dövlətin yanında olub onun qərarını dəstəkləməlidir. Ümid edirəm ki, tezliklə bütün maneələr aradan qalxacaq və quru yollarda açılacaqdır”.
Ayşən Vəli

Digər xəbərlər