Siyasət

  • 3 576

Abşeron rayonunda YAP üzvləri ilə görüş

image

YAP rayon təşkilatının sədri Abbas Əliyev bu gün rayonun Saray qəsəbəsində Saray 3 saylı (Saray 3 nömrəli tam orta məktəb) ərazi partiya təşkilatında partiya üzvləri ilə görüş keçirib. Əvəlcə görüş iştirakçıları Yeni Azərbaycan Partiyasının yaradıcısı ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Abbas Əliyev görüşdə çıxış edərək Yeni Azərbaycan Partiyasının VII Qurultayından sonra partiyanın yeni Proqram və Nizamnaməsinin tələblərinə uyğun olaraq yerli və ərazi partiya təşkilatlarının qarşısına qoyulan vəzifələrdən və bu vəzifələrin həyata keçirilməsində hər bir partiya üzvünün məsuliyyətinin artırılmasının vacibliyindən danışıb.

Rayon təşkilatının sədri son iyirmi ildə ölkəmizin siyasi,sosial-iqtisadi və mədəni sahələrdə əldə etdiyi uğurların, dövlətimiz və xalqımız üçün ən böyük naliyyəti olan 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərin dövlətçilik tariximizdə şanlı yer almasını vurğulayıb, postmüharibə dövründə partiyamızın sədri, ölkə Prezidenti cənab İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətin uğurla həyata keçirilməsi nəticəsində ölkəmizin dünyada söz sahibinə çevrilməsinə, iqtisadiyyatımızın sürətli inkişafının təmin edilməsinə, vətəndaşlarımızın təhlükəsizliyinin və rifah halının yüksək səviyyəyə çatdırılmasına nail olduğumuzu göstərdi. Abbas Əliyev qeyd edib ki, əldə olunan uğurlarda Yeni Azərbaycan Partiyasının fəaliyyəti danılmazdır. Çünki, sıralarında 800 mindən çox fəal, dövlətə və dövlətçiliyə sadiq insanları öz ətrafında birləşdirən Yeni Azərbaycan Partiyası "dünənin, bu günün vəgələcəyin" partiyası adını ləyaqətlə doğruldaraq ölkəmizin ictimai-siyasi müstəvisində öz nüfuzunu durmadan artırmaqdadır.
Sonra görüşdə çıxış edən Saray 3 saylı (saray 3 saylı tam orta məktəb) ərazi partiya təşkilatının sədri Təyyubə Hüseynova və partiya fəalları Yeni Azərbaycan Partiyasının müasir Azərbaycan dövlətinin siyasi və iqtisadi həyatındakı müsbət rolundan və çağdaş tariximizin yaradılmasındakı səmərəli fəaliyyətindən bəhs edərək, partiya üzvlərinin bundan sonra da, YAP-ın Proqram və Nizamnamə tələblərinə ciddi əməl etmələrini əsas vəzifə kimi qəbul etdiklərini bildirib, yaradıcısı Ümummilli Lider Heydər Əliyev olan Yeni Azərbaycan Partiyasının üzvləri olaraq Azərbaycanımızın daha da inkişaf etməsinə, ölkəmizin beynəlxalq nüfuzunun artırılması üçün xalq-iqtidar birliyinin möhkəmləndirilməsinə xidmət edəcəyini bildirdilər.

SƏBİNƏ

Digər xəbərlər