13 sentyabr 2023-cü il tarixində Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Emil Abasov Kamil Rzayev 22-13 ünvanında yerləşən ərazi partiya təşkilatının fəalları ilə görüş keçirib. Görüşdə Azərbaycanda və dünyada baş verən siyasi proseslərdən, 44 günlük Vətən müharibəsindən sonra regionda mövcud vəziyyət, VII qurultaydan sonra Yeni Azərbaycan Partiyasının gördüyü işlər, tətbiq olunan yeniliklər, ƏPT-lər qarşısında duran vəzifələr, partiya sıralarının keyfiyyətcə yenilənməsi, təşkilatdaxili intizamın daha da gücləndirilməsi və qurumun gələcək planları barədə geniş müzakirə aparılıb.
Sədr Emil Abasov üzvlər tərəfindən verilən sualları ətraflı şəkildə cavablandıraraq izah edib.
LƏMAN