Rusiya prezidenti Vladimir Putin Paşinyandan qisasını almaq üçün açıqladığı əndrəbadi sözçülükdən Azərbaycanın dağıdıcı müxalif şəxsləri maksimum yaralanmağa çalışırlar. Bir növ çərənləmək üçün əllərinə mövzu düşüb. AXCP funksionerləri, “Milli Şura” təmsilçiləri bilmədiklərini, anlamadıqlarını dilə gətirir, sosial şəbəkələrdə paylaşmalar edirlər. Sanki özlərini xalqa, dövlətə canıyanan olduqlarını göstərirlər. Lakin xalqı fikrindən daşındırmaq, ədalətli mövqeyindən çəkindirmək mümkün deyil. Millətimiz hər şeyi görür. Bilir ki, dağıdıcı müxalifət dövlətçiliyə qarşı düşmən münasibət sərgiləyir. Əmindir ki, Əli Kərimli, Cəmil Həsənli, Tofiq Yaqublu, Gültəkin Hacıbəyli və digərləri Qarabağın erməni işğalından azad edilməsindən narahat olub, uğurlardan, böyük nailiyyətlərdən əndişələnib. Tez-tez “vətən”, “xalq” ifadələri işlətmələri, sadəcə, siyasi divident qazanmaq istəyindən başqa bir şey deyil. Əgər xalqa belə can yandırlarsa, nəyə görə erməni separatçılarının ifşası ilə bağlı statuslar paylaşmırlar? Nədən Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublu “Zəngəzur dəhlizi Azərbaycanın avantürasıdır” deyir? AXCP RH üzvü İ.Hüseynli daha status paylaşaraq deyir: "Zəngəzura gedirik", "Göyçəni alırıq", "İrəvəna giririk" kimi ucuz vətənpərvərlik şoularıyla, "münaqişə bitib", "düşmən gorbagor olub" kimi yalan təbliğatla özlərini də inandırdılar. Ayılanda isə gördülər ki, diplomatiya cəbhəsində düşmən qılınc çalır. Və bir daha sübut olundu ki, "Ağıllı kənd"ə yox, ağıllı idarəçiliyə, müdrik siyasətə ehtiyac var. Ağıllı idarəçiliyin dəhlizi qapanıbsa, Laçın dəhlizində uğur qazanmaq çətindi. Qətiyyətli siyasətə giriş edə bilmirsənsə, Xankəndinə girə bilməzsən. Dövlət maraqlarının qapısını bağlamısansa, Ağdam yolunun açılıb-qapanması nəyi dəyişəcək? NATO-nu söymək, ABŞ-a qarğış hansı uğurun təminatıdır?” Cəmil Həsənli, Əli Kərimli, Gültəkin Hacıbəyli və digər trollar Ağdam-Xankəndi yolunun açılmasına qarşı çıxırlar. C.Həsənli, Ə.Kərimli erməni revanşistləri kimi çıxışlar edib, “Laçın sərhəd keçid məntəqəsindən humanitar yüklərin daşınması təmin olunmasa, Azərbaycana beynəlxalq təzyiqlər artacaq” deyə hədələyici fikirlər səsləndirirlər.
Tofiq Yaqublu yerini dəyişir
T.Yaqublu cinayət törətmiş şəxsi öz ağılı ilə müdafiə etdiyini düşünərək, hər gün filan senator Qubad İbadoğlunun müdafiəsi ilə bağlı fikirlər səsləndirdi, filan beynəlxalq təşkilat Qubad bəyə azadlıq tələb etdi və bu kimi statuslar paylaşır: “Qubad bəyin qanunsuz həbsdən azad edilməsi ilə bağlı beynəlxalq təzyiqlər artır. Son bir gündə ona gələn beynəlxalq dəstək: “Righs2all” təşəbbüsü, Human Rights Watch, Crude Accountability, Amnesty Sweden, Amnesty Norwegian, People in Need, Publish What You Pay, Open Democracy və s.”.
Bu biçarə başa düşmür ki, əgər həmin beynəlxalq təşkilatlar Q.İbadoğlu ilə bağlı hansısa cızma-qara ilə çıxış ediblərsə belə, bu, BMT Təhlükəsizlik Şurasının tələbi deyil və ya Beynəlxalq İnsan Haqları Məhkəməsinin qərarı deyil. Sadəcə, sözügüdən təşkilatlar ictimai təşkilatlardır. Digər tərəfdən doğrudan da haqq-ədalət axtarışındasınızasa niyə güvəndiyiniz, arxalandığınız beynəlxalq təşkilatlar 30 il işğal altında olmuş torpaqlarımızın azad edilməsi ilə bağlı Ermənistana çağırış etmədilər? 4 mindən çox insanımız hələ də itkindir. Nədən bir dəfə o təşkilatlar Ermənistanı ittiham edən hesabat yaymayıblar? Hətta BMT Təhlükəsizlik Şurası erməni işğalçı ordularının Azərbaycan ərazilərindən çıxarılması ilə bağlı 4 qətnamə qəbul etsə də, həmin qətnamələr kağız parçasından başqa bir işə yaramadı. Nəhayətdə, Azərbaycanın Müzəffər Ordusu Yenilməz Sərkərdə, Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə o qətnamələrin icrasını həyata keçirib, torpaqlarımızı işğaldan azad etdi. Söz yox ki, T.Yaqublu və digərləri bunu bilirlər. Sadəcə, müstəqil olmamaları və dolanışıqlarının müəyyən daxili və xarici qüvvələrin ayırdıqları maliyyə yardımlarından çıxdığından haqq işığına düz baxmaqda korluq edirlər.
T.Yaqublu Soros Fondunun Cənubi Qafqaz üzrə nümayəndəsi ilə, sadəcə, görüş xatirinə görüş keçirmədiyi şübhəsizdir. Müəyyən təlimatların yerinə yetirilməsi qarşılığında sorosçular T.Yaqubluya lazımi məbləğdə maliyyə dəstəyi göstərəcəkləri vədini veriblər. Ortada belə faktlar olduğundan əminliklə demək olar ki, T.Yaqublunu şər və böhtan xarakterli fikirlər səsləndirməyə Soros Fondunun təmsilçiləri məcbur edirlər. Əgər maliyyə dəstəyi göstərilməsə, T.Yaqublu susar və siyasətdən imtina edib, gedib bazarda, dükanda alverini davam etdirər.
İ.ƏLİYEV