PDF Oxu

Siyasət

  • 1 710

Türk dünyası birliyinə Azərbaycanın töhfəsi - TƏHLİL

image

PREZİDENT İLHAM ƏLİYEV: “Azərbaycan həmişə türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da türk dünyasının birliyi amalna sadiq qalacaq"

Bu sözləri ötən ilin noyabrında Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşü zamanı çıxışında Prezident İlham Əliyevin bəyan etdiyi kimi Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi Aəzərbaycanın xarici siyasətinin əsas prioritetlərindən birini təşkil edir. Və bu gün Prezident İlham Əliyevin şəxsi səyi nəticəsində türk birliyi ən yüksək əməkdaşlıq zirvəsinə qalxıb və türk dövlətləri dünyada baş verən bütün qlobal siyasi proseslərə, həmçinin təbii böhranlara qarşı birgə mübarizə aparırlar.

Bəli, bu gün qürurla deyə bilərik ki, artıq Türk Dövlətləri Təşkilatı (TDT) regional güc mərkəzinə çevrilib və beynəlxalq siyasi proseslərə təsir imkanları yüksəlməkdədir. Və martın 16-da Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının “Fəlakət – Fövqəladə halların idarə edilməsi və humanitar yardım” mövzusunda Fövqəladə Zirvə görüşü, bilavasitə Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşıb. Qardaş ölkədə baş verən dağıdıcı zəlzələ ilə əlaqədar dövlətimizin başçısı qardaş ölkəyə bir daha dəstəyini nümayiş etdirdi. Bu həmçinin Türk dünyasında qarşılıqlı dəstəyin və hörmətin təzahürüdür.

Fövqəladə Zirvə görüşündəki çıxışında dövlətimizin başçısı Azərbaycandan qardaş ölkəyə zəlzələ ilə əlaqədar göndərilən yardımlar haqqında məlumat verdi. İlk gündən Azərbaycan qardaş ölkənin yanında oldu, həmrəylik nümayiş etdirdi, təyyarələrlə, avtomobil karvanları ilə fəlakət zonasına yardımlar yola salındı, xilasedicilər, həkimlər göndərildi. Heydər Əliyev Fondu tərəfindən də qurumun Prezidenti Mehriban xanım Əliyevanın göstərişi ilə zəlzələdən ziyan çəkənlərə yardımlar çatdırıldı. Həmçinin vətəndaşlarımız da bu məsələdə çox fəallıq göstərdilər. Təbii ki, bu dəstək təmənnasız qardaşlığın göstəricisidir.

"AZƏRBAYCAN BÜTÜN DÖVRLƏRDƏ TDT-NİN GÜCLƏNMƏSİNƏ ÖZ DƏSTƏYİNİ ƏSİRGƏMƏYİB"

Prezident İlham Əliyev sentyabrın 7-də Türk Dövlətləri Təşkilatının üzv və müşahidəçi dövlətlərinin təbii fəlakət və fövqəladə halların idarə edilməsi üzrə nazirlərinin ikinci görüşünün və “Bakı-2023” beynəlxalq təliminin iştirakçıları ilə görüşdə Azərbaycanın bütün dövrlərdə TDT-nin güclənməsinə öz dəstəyini əsirgəmədiyinideyib və bildirib ki, Azərbaycanın bu istiqamətdə təcrübəsi kifayət qədər böyükdür: "Son illər ərzində maddi-texniki bazamızın öhkəmləndirilməsi istiqamətində işlər aparılıb, xilasedicilərin peşəkarlığı artıb. Bütövlükdə bizim müxtəlif bölgələrdə, o cümlədən Türk dünyasını birləşdirən ölkələrdə apardığımız xilasedici missiyalarımız əyani şəkildə bizim imkanlarımızı və niyyətimizi göstərir. Biz hər zaman bir-birimizin yanında olmalıyıq, Türk Dövlətləri Təşkilatının inkişafı ilə bağlı bütün üzv ölkələr öz dəyərli töhfələrini verirlər, o cümlədən Azərbaycan. Azərbaycan bütün dövrlərdə bu təşkilatın güclənməsinə hər zaman öz dəstəyini əsirgəməmişdir və bizim xarici siyasət prioritetləri arasında təşkilata üzv ölkələrlə əlaqələr birinci yer tutur. Bunu mən Prezident kimi dəfələrlə bəyan etmişəm, eyni zamanda, biz bunu əməli işlərdə də göstərmişik".

Son vaxtlar dünyada fövqəladə halların sayının kəskin artdığını deyən Prezident İlham Əliyev onu da bildirib ki, iki aydan sonra türk dövlətlərinin başçıları səviyyəsində Zirvə görüşü keçiriləcəkdir və indi Zirvə görüşünə böyük hazırlıq işləri gedir, o cümlədən fövqəladə halların idarə edilməsi istiqamətində də işlər gedir: "Bildiyimə görə, iclasda, o cümlədən qarşılıqlı yardım haqqında sazişin hazırlanması da nəzərdə tutulmuşdur. Buna böyük ehtiyac var. Çünki hamımız yaxşı bilirik ki, son vaxtlar bölgəmizdə və bütövlükdə dünyada fövqəladə halların sayı kəskin artıb. Bunun bir çox səbəbləri var. Ancaq fakt odur ki, bu gün misli görünməmiş ölçüdə daşqınlar, zəlzələlər, yanğınlar adi hala çevrilib. Fürsətdən istifadə edərək, bir daha qardaş Türkiyəyə dəhşətli zəlzələdə həlak olanların xatirəsini hörmətlə anaraq, bir daha başsağlığı vermək istəyirəm. Bildiyiniz kimi, Azərbaycan ilk saatlardan, ilk dəqiqələrdən bu dəhşətli zəlzələ ilə bağlı öz səylərini göstərmişdir".

Həmçinin dövlət başçımız vurğulayıb ki, hazırda Qəhrəmanmaraş şəhərində Azərbaycan dövləti tərəfindən inşa ediləcək şəhərciyin son parametrləri müəyyən edilir və yaxın zamanlarda biz inşaata başlayacağıq.

GÖRÜŞÜN ƏN MÜHÜM ASPEKTİ İSƏ HEÇ ŞÜBHƏSİZ Kİ, AZƏRBAYCAN PREZİDENTİNİN ŞİMALİ KİPR BƏYANATI OLDU

Görüşün ən mühüm aspekti isə heç şübhəsiz ki, Azərbaycan Prezidentinin Şimali Kipr bəyanatı oldu: “Şimali Kiprin bayrağı bizim tədbirdə dalğalanmalıdır və dalğalanacaqdır. Bu, Azərbaycana münasibətdə ikili standartlardan çıxış edən, etnik düşmənçilik və təhlükəli hədd almış separatizmə dəstək verənlərə Bakının layiqli cavabı oldu. Azərbaycan Lideri bir daha göstərdi ki, biz hər kəslə haqq etdiyi və anladığı dillə danışa biləcək hərbi-siyasi gücük!". Və Şimali Kiprə dair sonrakı mövqeyimiz də çox aydındır. Azərbaycan bütün Türk dünyasında birləşən qardaşlarımızın hər zaman yanında olubdur. Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq.

Prezident İlham Əliyev onu da vurğuladı ki, bizim müxtəlif bölgələrdə, o cümlədən Türk dünyasını birləşdirən ölkələrdə apardığımız xilasedici missiyalarımız əyani şəkildə bizim imkanlarımızı və niyyətimizi göstərir: "Biz hər zaman bir-birimizin yanında olmalıyıq, Türk Dövlətləri Təşkilatının inkişafı ilə bağlı bütün üzv ölkələr öz dəyərli töhfələrini verirlər, o cümlədən Azərbaycan. Azərbaycan bütün dövrlərdə bu təşkilatın güclənməsinə hər zaman öz dəstəyini əsirgəməmişdir və bizim xarici siyasət prioritetləri arasında təşkilata üzv ölkələrlə əlaqələr birinci yer tutur. Bunu mən Prezident kimi dəfələrlə bəyan etmişəm, eyni zamanda, biz bunu əməli işlərdə də göstərmişik".

"Türk dünyası böyük bir ailədir və şadam ki, son illər ərzində bütün üzv və müşahidəçi ölkələr tərəfindən təşkilata böyük dəstək göstərilir",-deyən Azərbaycan Prezidenti İlham Əliyev onu da bildirdi ki, təbii ki, növbəti illərdə də bu dəstək göstərilməlidi: "Bu gün dünya miqyasında Türk Dövlətləri Təşkilatı öz layiqli yerini tuta bilibdir. Ancaq bundan sonra da fəal çalışmalıyıq ki, bizim təsir imkanlarımız daha da geniş olsun. Burada, əlbəttə ki, həm qarşılıqlı yardım, eyni zamanda, iqtisadi əlaqələrin gücləndirilməsi, siyasi müstəvidə daimi koordinasiya və məsləhətləşmələrin aparılması, təhlükəsizlik sahəsində qarşılıqlı yardım, yəni, bütün bunlar önəmli amillərdir və bizim birliyimizi daha da gücləndirəcək. Əminəm ki, yaxın gələcəkdə bizim təşkilatımızın dünyadakı mövqeyi və rolu daha da artacaqdır".

Dövlətimizin başçısı, həmçinin bildirib ki, son bir neçə il ərzində mənim Təşkilata üzv olan ölkələrə çoxsaylı səfərlərim həyata keçirilmişdir: "Təşkilata üzv ölkələrin dövlət və hökumət başçılarının da Azərbaycana bir çox səfərləri həyata keçirilmişdir və bu il də bu səfərlər nəzərdə tutulur. Yəni, bu, bir daha onu göstərir ki, biz düzgün yoldayıq".

Bir sözlə, bu gün real mənzərə onu deməyə əsas verir ki, türk birliyi qlobal gücə çevrilib və Azərbaycanın bu həmrəyliyə töhfələri böyükdür.

Prezident İlham Əliyevin vurğuladığı kimi: "Bu gün dünya miqyasında Türk Dövlətləri Təşkilatı öz layiqli yerini tuta bilibdir. Ancaq bundan sonra da fəal çalışmalıyıq ki, bizim təsir imkanlarımız daha da geniş olsun…Əminəm ki, yaxın gələcəkdə bizim təşkilatımızın dünyadakı mövqeyi və rolu daha da artacaqdır".

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər