“Ermənistan üzərinə götürdüyü öhdəlikləri heç bir zaman yerinə yetirməyib”. Bunu SİA-ya açıqlamasında hərbi ekspert, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sərdi Emin Həsənli deyib. Onun sözlərinə görə, hesab olunurdu ki, 2020-ci ilin 9-10 noyabr bəyanatından sonra Ermənistan üzərinə götürdükləri öhdəlikləri yerinə yetirəcək: “Təəssüflər olsun ki, Ermənistan heç bir öhdəlikləri yerinə yetirmədi. İlkin dövr görüntü var idi, amma sonradan ard-arda təxribatlar törətdi və bu təxribatların da qarşısı Azərbaycan ordusu tərəfindən uğurla alındı. Azərbaycan dövləti Laçında sərhəd gömrük məntəqəsi qurdu. Torpaqlarımıza Azərbaycana ordusu nəzarət edir. Ermənistan həm diplomatik, həm də hərbi müstəvidə məğlub olur. Nə istədiklərini də bilirlər. Yəni, onlar Azərbaycan qanunlarına və beynəlxalq hüquqa tabe olmalı idilər və yaranmış fürsətdən istifadə edərək sülh müqaviləsini imzalamalı idilər. Amma əks proses baş verib və Azərbaycan dövləti onlara növbəti dəfə ağır cəza verəcək. Bu cəza ağır olacaq və faktiki Ermənistanın mövcudluğu sual altına düşəcək. Çünki burada başqa yol qalmır. Azərbaycan beynəlxalq hüquqla onlara təkliflərini göndərib və təəssüflər olsun ki, Ermənistan bu şansı qaçırır. Ermənistan bunun əvəzində təxribatlar törətməklə məşğul olur. Yəni, ermənilər müxtəlif qanunsuz əməliyyatlar həyata keçirir. Ermənistan tərəfindən törədilən bütün təxribatların qarşısının alınması və ardıcıl məqsədyönlü tədbirlərin həyata keçirilməsi onu göstərir ki, həm diplomatik, hərbi və paralel bütün istiqamətlərdə işlər aparılır. Yaxın zamanlarda biz, ümumiyyətlə, bu münaqişənin tamamlanmasının şahidi olacağıq”.
Müəllif: Gülyana