PDF Oxu

Siyasət

  • 1 854

“Rusiya-Ukrayna müharibəsi davam edəcək” POLİTOLOQ ŞƏRH ETDİ

“Rusiya-Ukrayna müharibəsi davam edəcək” POLİTOLOQ ŞƏRH ETDİ

“Rusiya -Ukrayna müharibəsi dünya nizamının yenidən formalaşmasına gətirib çıxarır. Bu, artıq regional münaqişə deyil. Bu, Qərblə Rusiya arasında soyuq müharibənin hərbi müstəviyə keçdiyinin göstəricisidir”. Bunu SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə, Rusiya köhnə post-sovet məkanını yenidən qurmaq, dövlət imicini formalaşdırmaq və çox qütblü dünya yaratmaq siyasətini həyata keçirir: “Bu da Rusiyanın Ukraynaya hərbi təcavüzünə gətirib, çıxartdı. Əlbəttə ki, müharibə müəyyən regional münaqişələrə də təsirsiz ötüşmədi. Xüsusilə, Ermənistan -Azərbaycan məsələnin hazırkı vəziyyətində müsbət dinamikanın məhz Rusiyanın Ukraynada mövqeləri zəifləməsi ilə də izah oluna bilər. Ümumiyyətlə, Rusiya - Ukrayna müharibəsi geosiyasi rəqabət uğrunda aparılan müharibədir və müharibənin hələ də davam edəcəyi gözlənilir. Qərb koalisiyasi ciddi şəkildə Rusiyanın planlarının qarşısını almaq üçün Ukraynaya bütün siyasi və hərbi dəstəyi verəcək. Müharibə Rusiya qoşunlarının tamamilə Ukraynadan çıxarılmasına qədər davam edəcək. Əlbəttə ki, Rusiyanın Ukraynadan tezliklə çıxması da mümkün görünmür. Ona görə də, müharibə davam edəcək və digər münaqişə ocaqlarının da yaranmasına gətirib çıxaracağını da istisna etmirəm”.

Müəllif: Gülyana

Digər xəbərlər