PDF Oxu

Siyasət

  • 2 123

“Unudulmayan qəhrəmanlar” FOTOLAR

“Unudulmayan qəhrəmanlar” FOTOLAR

YAP Yasamal rayon təşkilatında Qarabağ müharibəsi şəhidlərindən olan Natiq və Namiq Şahmuradov qardaşlarına həsr olunmuş “Unudulmayan qəhrəmanlar” adlı filmin təqdimat mərasimi keçirilib. Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyətinin Başçısı Elşad Həsənov, Azərbaycan İlhahiyyat İnstitutunun rektoru Aqil Şirinov, M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının direktoru Elviz Qasımov, YAP Yasamal rayon və Yasamal rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, ərazi partiya təşkilatlarının sədr, sədr müavinləri, Şəhid Natiq Şahmuradovanın həyat yoldaşı Sevinc Şahmuradova, qazilər, müharibə iştirakçıları, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin nümayəndələri və fəal gənclər iştirak edib. Tədbirin rəsmi hissəsindən öncə tədbir iştirakçıları tərəfindən Yasamal rayonu ərazisində yerləşən Şəhidlərin Xatirə Kompleksi ziyarət olunub, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirələri anılıb. Sonra YAP Yasamal rayon təşkilatının inzibati binasında yerləşən ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, xatirəsi dərin ehtiramla yad edilib. Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra “Unudulmayan qəhrəmanlar” adlı film nümayiş olunub.

Şəhid Natiq Şahmuradovanın həyat yoldaşı Sevinc Şahmuradova Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Sədri Füzuli Rzaquliyev, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Xankəndi və Xocalı rayon sədri Ramiz Ağayev, Bakı Milli Tv-nin direktoru İlham Rəsulzadə çıxış edərək bildiriblər ki, Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız ulu öndər Heydər Əliyevin layilqli siyasi davamçısı Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olundu və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Vaxtilə I Qarabağ müharibəsi şəhidləri olan Natiq və Namiq Şahmuradov qardaşlarının da şəhid oluduqları Şuşa şəhərinin işğaldan azad olunduğu 8 noyabr tarixi Azərbaycanın döyüş meydanında qazandığı böyük qələbə siyasi müstəvidə də öz təsdiqini tapdı – Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarını işğaldan azad etmək məcburiyyətində qaldı və bununla da tarixi ədalət bərpa olundu. Azərbaycanın döyüş meydanında, siyasi müstəvidə qələbəsi göstərdi ki, ölkəmiizn suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş igidlərimizin qanı yerdə qalmadı. Çıxışların sonunda şəhid ailələri, qazi və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıq bildirilib.

Sonda xatirə şəkli çəkdirilib.

Digər xəbərlər