PDF Oxu

Siyasət

  • 2 098

“15 sentyabr Azərbaycan-Türkiyə qardaşlığının ən gözəl nümunəsidir” - DEPUTAT DANIŞDI

“15 sentyabr Azərbaycan-Türkiyə qardaşlığının ən gözəl nümunəsidir” - DEPUTAT DANIŞDI

“1918-ci il sentyabrın 15-də Azərbaycan və Osmanlı hərbçilərindən qurulmuş Qafqaz İslam Ordusu tərəfindən Bakı şəhərinin azad edilməsi şərəfli tariximizin parlaq səhifələrindən birinə çevrildi”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Musa Qasımlı deyib. Onun sözlərinə görə, bu, Azərbaycan və Türkiyə silah qardaşlığının tarixindən ən gözəl nümunədir:“Şəhərimiz düşməndən azad edildi, Azərbaycan xalqı azad nəfəs aldı, hökumət paytaxta köçdü və qısa müddət ərzində şəhərdə qayda-qanun yaradıldı. Bir neçə il sonra Azərbaycan dövlət müstəqilliyini itirsə də, ağır Stalin represiyaları dövründə belə Azərbaycan xalqı Qafqaz İslam Ordusu əsgərlərinin məzarlarını qoruyub, saxladı.Dövlət müstəqilliyi bərpa edildikdən sonra ölkəmizin müxtəlif şəhərlərində türk əsgərlərinin məzarları bərpa edildi, üzərində Azərbaycan və Türkiyə bayraqları qaldırıldı.Ulu Öndər Heydər Əliyevin hakimiyyəti illərində İslam ordusu xatirəsinə hər bir azərbaycanlı üçün müqəddəs olan, 1918-ci il mart soyqırımı qurbanlarının, 1990-cı il 20 Yanvar qətliamının və birinci Qarabağ müharibəsində həlak olan şəxslərin dəfn olunduğu Şəhidlər Xiyabanında abidə ucaldıldı. Bu gün həmin abidə Azərbaycan-Türkiyə qardaşlığının rəmzlərindən biri və anım yeridir. Bir millət, iki dövlət olan, Azərbaycan və Türkiyə cənab Prezidentin söylədiyi kimi tək yumruğa çevrilib”.

Müəllif: Səbinə Hüseynli

Digər xəbərlər