PDF Oxu

Siyasət

  • 2 284

"Ermənistan Rusiyadan asılıdır"

"Ermənistan Rusiyadan asılıdır"

“Son zamanlar Ermənistanla Rusiya arasında münasibətlərin gərginləşməsi müşahidə olunur. Xüsusilə, Ermənistanın Baş naziri Nikol Paşinyanın və digər rəsmilərinin o cümlədən də, Rusiya rəsmilərinin açıqlamasından bu gərginlik hiss olunur”. Bunun SİA-ya açıqlamasında politoloq Mətin Məmmədli dəyib. Onun sözlərinə görə, hazırda Ermənistan Rusiyadan tamamilə qopub və artıq öz geosiyasi seçimini edib, tam olaraq Qərbin təsir dairəsinə daxil olacağını düşünürəm: “Ermənistanla Rusiya arasında hər iki ölkənin siyasi müttəfiqliyini şərtləndirən müqavilələr, anlaşmalar var. Ermənistan və Rusiya həm ikitərəfli, həm də çox tərəfli əsasda hərbi siyasi müttəfiqdirlər. Bildiyimiz kimi, Ermənistan KTMT-nin üzvüdür, Rusiyanın yaratdığı və dominat olduğu bir təşkilatda təmsil olunur. Eyni zamanda, Rusiya ilə Ermənistan arasında uzunmüddətli müqavilələr var. O cümlədən, Rusiyanın Ermənistanda hərbi bazası var. İqtisadi baxımdan da, Ermənistanın Rusiyadan asılılığı çoxdur. Amma görünən odur ki, iki ölkə rəsmiləri arasında söz dueli davam edir. Belə davam edərsə, iki ölkə arasında münasibətlər qopma həddinə qədər inkişaf edə bilər. Hələ ki, Ermənistan Rusiya ilə hərbi siyasi müttəfiqliyini davam etdirir”.

GÜLYANƏ

Digər xəbərlər