Rusiya-Ukrayna müharibəsi hələ bir müddət davam edəcək. Ukrayna müəyyən lokal uğurlar əldə etsə belə, bu Rusiyanın tezliklə Ukrayna ərazini tərk edəcəyi demək deyil”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə, Rusiya tərəfdaşlarından yeni silahlar alır və böyük bir əraziyə nəzarəti əlində saxlayır: “Düşünürəm ki, Qərb istəsə müharəbənin 7-8 aya bitməsinə nail ola bilər. Bu da Ukraynaya verilən silahlar və aviasiya artilleriyadan asılıdır. Qərb isə hələ ki, Ukraynaya məhdud sayda silah verir. Bu isə təbii ki, müharibənin uzanmasına səbəb olur. Proseslər elə davam edir ki, müharibənin bir neçə ay ərzində bitəcəyini göstərmir. Müharibənin gələn ilin yazına qədər davam etməsi gözlənilir”.
Müəllif: Səbinə Hüseynli