Avropa Parlamentinin üzvləri ermənipərəst dairələrin təsirindən çıxa bilmirlər
Mövcud fakt və reallıq ondan ibarətdir ki, bu gün dağıdıcı müxalifət funksionerlərinin fəaliyyətləri sosial şəbəkələrdən uzağa getmir. Yəni, siyasi varlıqları ancaq mətbuatda və sosial şəbəkələrdə görünür. Bu da onunla bağlıdır ki, cəmiyyət onları qəbul etmir. Səbəbi də məlumdur: Dövlətçiliyə qarşı qarayaxma kampaniyası aparılır, xalqımızın heysiyyatına toxunan açıqlamalar verir, statuslar paylaşırlar. Hansı saat baxsanız sosial şəbəkələrdə AXCP sədri Əli Kərimlinin, “Milli Şura”nın rəhbəri Cəmil Həsənlinin, “Milli Şura”nın üzvləri Gültəkin Hacıbəylini, Tofiq Yaqublunu, Fuad Qəhrəmanlının orada vurnuxdularını görmək olar. ABŞ dövlət departamentinin maliyyəsi ilə yayımlanan və Sevinc Osmanqızının sahibi olduğu intenet TV-də dağıdıcı müxaliflərə dəstək verir, onların erməni maraqlarına uyğun gələn fikirlərini tirajlayır.
Azərbaycana qarşı qarayaxma kampaniyasının müzakirələrində S.Osmanqızı da iştirak edir
Son günlər Sevinc Osmanqızı məlum cinayət əməlinə görə, həbs olunan Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun müdafiəsi ilə bağlı verilişlərə daha çox üstünlük verir. Bu da ondan irəli gəlir ki, ABŞ-dakı Kristofer Smit kimi ermənipərəst senatorlar ona bu istiqamətdə fəaliyyətini qurmaq göstərişini veriblər. S.Osmanqızı da az qala bütün verilişlərini Ermənistandakı revaşistlərin mövqelərinə haqq qazandırmağa və Q.İbadoğluna dəstək verməyə həsr edir. Məlumatlara görə, senatorlar Bob Menendesin, Kris Van Hollenin və konqresmen Kris Smitin Q.İbadoğlunun müdafiəsi adı altında Azərbaycana qarşı qarayaxma kampaniyasının müzakirələrində S.Osmanqızı da iştirak edir. Sonradan yekun fəaliyyət istiqamətləri barədə məlumatlar S.Osmanqızı vasitəsi ilə Ə.Kərimliyə çatdırılır. Ə.Kərimli aldığı tapşırıqların ciddiliyini araşdırmadan trolları vasitəsi ilə sosial şəbəkələrdə müzakirəsini təşkil edir. Hazırda əsas iş Avropa Parlamentinin Q.İbadoğlunun azad edilməsi haqqında qərar qəbul etməsi iddiası ilə çıxış edilmələridir. Ə.Kərimlinin troll dəstəsinin fəal üzv və müavini F.Qəhrəmanlı sosial şəbəkə də İsveçdən olan sosialist və demokratların mütərəqqi qrupunun üzvü Evin Incirə istinadən bar-bar bağırır ki, Avropa Parlamenti Q.İbadoğlunun azad edilməsi barədə müzakirələr aparıb: “Dünən ard-arda Böyük Britaniya və Avropa Birliyi parlamentində Qubad İbadoğlunun məsələsinin müzakirəyə çıxarılması onu göstərir ki, rejimin inadı beynəlxalq reaksiyaları daha da təşviq edir. Əvvəlki reaksiyalara baxanda dünənki müzakirələr beynəlxalq etiraz prosesinin getdikcə böyüyünü göstərir. Bu prosesdə hakimiyyət yalnız Qubad İbadoğluna çəkdirdiyi fiziki və mənəvi əzabla təsəlli tapa bilər. Hikkə ağılı üstələyəndə nəticə də belə olur”.
Fuad Qəhrəmanlı özünü ifşa etdi
F.Qəhrəmanlı öncəgörənlik edərək bildirib ki, müzakirə edilən məsələ ilə bağlı AP qətnamə layihəsi dünən yayılıb və bu gün qəbul ediləcək. Qətnamə layihəsində Qubad bəyin dərhal azad edilməsi Azərbaycan hökumətindən tələb edilir. Müzakirələrdə çıxış edən AP deputatları həm Qubad İbadoğlunun saxta ittihamla həbsi və həm də Azərbaycanda insan haqları və siyasi məhbuslarla bağlı həyəcanlı çıxışlar ediblər”.
F.Qəhrəmanlının “dünən müzakirə olunub, bu gün qətnamə qəbul ediləcək” deməsi onu göstərir ki, qətnamə layihəsinin qəbul ediləcəyi əvvəlcədən bəlli olub. Sadəcə, formal olaraq yığışıb haray-həşir salıb dağılışıblar. Yoxsa F.Qəhrəmanlı haradan bilir ki, layihə dünən müzakirə olunub, bu gün qətnamə qəbul ediləcək? Eyni şivənliyi son vaxtlar Ə.Kərimlinin imicmeykeri qismində çıxış edən Gültəkin Hacıbəyli də bildirib: “Avropa Parlamenti, demək olar ki, yekdilliklə Azərbaycan hakimiyyətinə “dünya çapında tanınan nüfuzlu alim, professor Qubad İbadoğlunu öldürmə, azad et” çağırışını edir... Bu saatlarda ABŞ Senatında Azərbaycanla bağlı dinləmələr keçirilir. Qubad bəyin həbsi də gündəlikdədir. AP-nin qətnaməsindən sonra bir güclü zərbə də ABŞ Senatından gözləyirik. Qubad bəyə azadlıq!... Ümid edək ki, AB rəhbərliyi bu qətnaməyə həssas yanaşacaq və nəzərdə tutulan sanksiyaları tətbiq edəcək”.
Əvvəla belə bir müzakirələr aparılmayıb. İkinci isə müzakirələr aparılsa və qətnamə qəbul edilsə nə dəyişəcək ki? Azərbaycan hüquq –mühafizə orqanları cinayət törədən şəxsi azad edəcək? Təbii ki, Q.İbadoğliu məhkəmə qarşısına çıxarılacaq və törətdiyi əmələ hüquqi qiymət veriləcək.
Avropa Parlamentinin üzvləri ermənipərəst dairələrin təsiri altında olduqlarını nümayiş etdirdilər
Ciinayət əməli törədən şəxsə görə, Azərbaycana qarşı qətnamə layihəsini müzakirə edən Avropa Parlamentinin üzvləri ölkəmizdə demokratik prinsiplərin möhkəmləndirilməsi, vətəndaş cəmiyyəti institutlarının daha da inkişaf etdirilməsi, insan hüquq və azadlıqları istiqamətində atılan ardıcıl addımlardan, qəbul olunan qərarlardan xəbərsizdirlər. Bu qərəzdən və Azərbaycanın dünyada güclü və qüdrətli dövlət olmasından əndişələnən qısqanclıqdan başqa bir şey deyil. Ermənipərəst parlametarilərin təmsil olunduqları dövlətlərdə cinayət törədənlərə cəza verilmir? Və ya cinayət törədən şəxslər məhkəmə qarşısına çıxarılmır? Çoxsaylı faktlar mövcuddur ki, Fransada, Almaniyada, İsveçdə polis insanlara qarşı zorakılıqlar tətbiq edir, döyülür, təhqir edilir, haqsız yerə həbsxanalara salınırlar. 30 il Azərbaycanın torpaqları erməni işğalı altında qaldı. Tarixi abidələrimiz dağıdıldı, evlər viran edildi, minlərlə insan vəhşicəsinə qətlə yetirildi, Avropa Parlamenti susdu. Niyə? Çünki xristian təəssübkeşliyi onlara Ermənistana qarşı sanksiyalar tətbiq etməyə imkan vermədi. Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra başlayıblar regiondakı vəziyyətdən danışmağa. Diqqətçəkən biabırçı hal ondan ibarətdir ki, G,Hacıbəyli nə qədər Azərbaycan xalqına və dövlətinə nifrət edir ki, utanıb çəkinmədən deyir ki, “Ümid edək ki, AB rəhbərliyi bu qətnaməyə həssas yanaşacaq və nəzərdə tutulan sanksiyaları tətbiq edəcək”. Hakimiyyət də kimdənsə narazı ola bilərsən, lakin bu dövlətinə düşmənçilik edib, xalqına bəlalar arzu etməyə əsas ola bilməz. Deməli sən ermənidən betər ermənisən. Ermənistandakı tülkü revanşistlər də Azərbaycan xalqına və dövlətinə fəlakətlər arzu edir və bu istiqamətdə iş aparırlar, sən və sənin kimlərdə. Harada qaldı yediyin çörək, içdiyin su. Ermənipərəst yol tutduğun üçün haramın olsun- deməkdən başqa çıxış yolu qalmır.
İ.ƏLİYEV