Özünü hər zaman dırnaqarası demokratiya carçısı və beşiyi adlandıran Amerika Birləşmiş Ştatlarının ölkəmizə qarşı yürütdüyü ikili standartlara əsaslanan siyasəti qəbuledilməzdir və Azərbaycan cəmiyyətində birmənalı şəkildə qarşılanmır.
Bizlərə çox yaxşı məlumdur ki, cinayətkar erməni lobbisinin təsir dairəsində olan Amerika Birləşmiş Ştatlarıda özünü “demokratiya simvolu” adlandıran Fransa və Kanada kimi Azərbaycana qarşı qara piyar kompaniyalarının həyata keçirilməsində canfəşanlıq nümayiş etdirməkdədir.
Görünür, Azərbaycanın qısa müddətdə regionun lider dövlətinə çevrilməsi və böyük geosiyasi uğurlara imza atması bu cür “demokratiya carçıları”nı çox narahat edir.
Ancaq daha aydın şəkildə görünən odur ki, bu gün riyakar erməni maraqlarını müdafiə edən bu dövlətlər 30 illik işğal dönəmində Azərbaycanın haqqlı mövqeyini dəstəkləmədilər, Beynəlxalq hüququn norma və prinsiplərinə zidd mövqe nümayiş etdirdilər.
Xüsusilə qeyd etmək lazımdır ki, Birləşmiş Millətlər Təşkilatında böyük nüüfuz sahibi olan ABŞ Ermənistanın işğalçı mövqeyini dəstəkləməklə torpaqlarımızın 30 ilə yaxın müddət ərzində işğal altında qalmasına rəvac verdi, halbuki BMT-nin bir çox qərar və qətnamələrində Azərbaycanın haqlı mövqeyi öz əksini tapmışdır.
Azərbaycan 44 günlük Vətən müharibəsində BMT-nin və digər Beynəlxalq qurumların qərar və qətnamələrini döyüş meydanında təkbaşına özü yerinə yetirdi və tarixi ədaləti bərpa etməklə öz ərazi bötövlüyünü təmin etmiş oldu. Bu gün işğaldan azad olunmuş ərazilərdə infrastruktur quruculuğu, nəqliyyat qovşağlarının bərpası və digər sosial yönümlü layihələrin icrası uğurla və çox surətlə davam etdirilir. Bütün sadalanan bu amillər Azərbaycanın nə qədər güclü və qüdrətli bir dövlət olduğunu bir daha sübuta yetirmiş olur.
Müzəffər Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyev bu qələbənin müəllifi kimi torpaqlarımızı işğaldan məhz güc yolu ilə azad edərək Ermənistanın müdafiəsinə qalxmış dövlətlərə və siyasi mərkəzlərə öz yerlərini göstərdi. Beləliklə, Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini, ATƏT-in qərarlarını yerinə yetirməklə 30 ilə yaxın idi ki, təhdid mənbəyi olan münaqişəyə son qoydu, ərazi bütövlüyünü təmin etdi.
Amerika Birləşmiş Ştatlarının bu gün nümayiş etdirdiyi mövqe Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunmasına ciddi təhdiddir və ən əsası Ermənistanla birgə hərbi təlimlərin keçirilməsi söylədiklərimizə əyani sübutdur.
Terror dövləti olan Ermənistan və onun havadarları unutmasınlar ki, Azərbaycan müstəqil siyasət yürüdür və öz milli maraqları çərçivəsində, Beynəlxalq hüquq normalarına əsaslanaraq öz siyasi mövqeyini ortaya qoyur. Məhz bu siyasətin nəticəsidir ki, Azərbaycan nəinki regionda, Beynəlxalq aləmdə böyük nüfuz sahibi olan bir dövlətə çevrilmişdir.
Mansur QULIYEV,
YAP Ağdam rayon təşkilatının sədri