Siyasət

  • 1 459

Daha bir ifşa, yaxud reallığı gizlətmək mümkün deyil!

image

“Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının qanunu qüvvəyə mindikdən sonra müxalif düşərgənin təkəbbürlü, ictimai nüfuzu son dərəcə aşağı olan, qarayaxma və çamur atmağı özünə peşə seçmiş isimlərinin cəmiyyət arasında ifşası əsl həqiqətləri, gərçəkləri üzə çıxardı. İndi cəmiyyətdə haqlı bir sual meydana çıxıb. Ətrafına 5 min tərəfdar toplaya bilməyən partiya necə hakimiyyət iddiasında ola bilər və yaxud da xalqın adından danışmaq statusu qazanar? Müxtəlif əsassız bəhanələr söyləyən, heç bir dəlil, sübut tapa bilməyən bu korafəhm insanlar nəinki Azərbaycan ictimaiyyətinin, hətta öz ağalarının yanında rəzil oldular. Aldıqları qrantların hesabını necə verəcəklər?Belə məlum olur ki, uzun illərdir “güclü müxalifətəm” deyib xarici havadarlarından milyonlarla pul qamarlayan bu dağıdıcı təfəkkür sahibləri onlara da millətə sırımaq istədikləri yalanları danışırmışlar. “Yalançını mənzilinəcən qovarlar” deyib atalar. Reallığı gizlətmək mümkün deyil!

Vüsar İsmayılov
YAP Binəqədi rayon təşkilatının sədri

Digər xəbərlər