PDF Oxu

Siyasət

  • 1 939

Əsrin Müqaviləsi tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır FOTOLAR

Əsrin Müqaviləsi tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır FOTOLAR

Yasamal rayon Heydər Əliyev Mərkəzində Yasamal rayon İcra Hakimiyyəti və YAP Yasamal rayon təşkilatı ilə birgə “Əsrin Müqaviləsi tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır” adlı konfrans keçirilib. Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Milli Məclisinin deputatı Elnur Allahverdiyev, “Neftqazelmitədqiqatlayihə” İnstitutunun dikektoru Fəxrəddin İsmayılov, Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Rasim Nəbiyev, YAP Yasamal rayon və Yasamal Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Yasamal rayon bələdiyyəsinin sədri Tahir Məmmədov, Yasamal rayon MKTB-nin sədri Vüsal Hüseynov, Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov, Təhsil işçiləri rayon Həmkarkar İttifaqı komitəsinin sədri Rövşən İbrahimli, YAP Yasamal rayon ərazi partiya təşkilatlarının sədr və sədr müavinləri iştirak edib. Konfrasın rəsmi hissəsindən öncə Yasamal rayon Heydər Əliyev Mərkəzinin inzibati binasında yerləşən ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, xatirəsi dərin ehtiramla yad edilib. Konfransda Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra “Əsrin Müqaviləsi tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır” adlı film nümayiş olunub. Konfransda çıxış edən “Neftqazelmitədqiqatlayihə” İnstitutunun dikektoru Fəxrəddin İsmayılov, vurğulayıb ki, 1994-cü il sentyabrın 20-si müstəqil Azərbaycan dövlətinin inkişafında tarixi, mühüm bir gün oldu. Həmin gün xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və bütün dünyada "Əsrin müqaviləsi" adı ilə tanınmış neft kontraktları imzalandı. Miqyasına və əhəmiyyətinə görə sonralar bütün dünyada haqlı olaraq “Əsrin müqaviləsi” adlandırılan bu müqavilə Azərbaycanın müstəqilliyi və rifahı naminə Ümummilli Lider Heydər Əliyev tərəfindən hazırlanmış və Xəzər dənizini dünyanın yeni neft mərkəzlərindən birinə çevirmiş neft strategiyasının reallaşdırılmasının əsasını qoydu ki, bu gün bu siyasət Ulu Öndərin layiqli siyasi davamçısı Prezident İlham Əliyev ətəfindən uğurla davam etdirilir. Qeyd olunub ki, “Əsrin müqaviləsi” ilə əsası qoyulan neft strategiyası ölkəmizə iqtisadi səmərə, mənfəət gətirməklə, sosial-iqtisadi yüksəlişimizə güclü təkan verməklə yanaşı, Azərbaycana beynəlxalq aləmdə böyük siyasi üstünlüklər qazandırdı. Zaman ümummilli lider Heydər Əliyevin müdrikliyini, uzaqgörənliyini Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusu vasitəsi ilə əldə olunan tarixi Zəfərimizin işığında tam mənzərəsi ilə sübuta yetirdi.

Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Rasim Nəbiyev qeyd edib ki, neft-qaz ixracından əldə edilən gəlirlər sayəsində müasir ordu quruculuğunun həyata keçirilməsi, beynəlxalq münasibətlər sistemində haqq səsimizin davamlı olaraq eşidilməsi və işğalın aradan qaldırılması istiqamətində beynəlxalq hüquqi baza rolunu oynayan çoxsaylı qətnamələrin, qərarların, bəyanatların qəbulu buna misaldır. “Əsrin müqaviləsi”nin Azərbaycan üçün əhəmiyyətini Ulu Öndər belə dəyərləndirmişdi: “Əsrin müqaviləsi” ilə qoyduğumuz təməl XXI əsrdə Azərbaycan xalqının inkişafı, firavan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmlənməsi üçün gözəl imkanlar yaradır və inanıram ki, XXI əsr müstəqil Azərbaycan dövləti üçün ən xoşbəxt dövr olacaqdır”. Həqiqətən də, Ümummilli lider Heydər Əliyev illər öncə dediyi bu fikirlər artıq reallıqdır. İndi Yuxarı Qarabağ və Şərqi Zəngəzurda sürətli bərpa-quruculuq işləri həyata keçirilir. İllərlə öz doğma el-obalarına həsrət qalan soydaşlarımızın böyük qayıdışı yaşanır. Milyardlarla vəsait hesabına həyata keçirilən bu işləri Azərbaycan öz daxili maliyyə imkanları ilə reallaşdırır. Dayanıqlı və sabit iqtisadi inkişaf hesabına formalaşan bu müstəqil imkanların əsas özülünü isə 29 il əvvəl ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə imzalanan “Əsrin müqaviləsi” təşkil edir.

Digər xəbərlər