Siyasət

  • 1 270

Niyə Əli Kərimli xalqa deyil, Corc Sorosa arxalanır? ANALİZ

image

44 günlük Vətən Müharibəsində Azərbaycanın işğal altında olmuş torpaqlarımızı azad etməsi regionda yeni reallıqlar yaratdı. Bu reallıqlar fonunda ölkəmiz dünyada gedən siyasi ictimai proseslərə təsir edir, qlobal miqyaslı layihələrin qəbulu və icrasında həlledici söz demək imkanına malik dövlətlər sırasında yer alır. Azərbaycanın əldə etdiyi dünyamiqyaslı uğurlar dostlarımızı sevindirir, düşmənin bağrını yarır. Təəssüf ki, erməni lobbisinin təsiri altında olan təşkilatlardan maddi və mənəvi dəstək alan AXCP sədri Əli Kərimli, “Milli Şura”nın rəhbəri Cəmil Həsənli, “Milli Şura”nın üzvləri Gültəkin Hacıbəyli, Tofiq Yaqublu, AXCP-nin sədr müavini Fuad Qəhrəmanlı və digərləri düşmən yanında yer alıb, Azərbaycana qarşı “qara piar” kampaniyası aparırlar. Bu məxluqlar cəmiyyətdə mövcud olan milli birliyimizə xələl gətirmək, insanlar arasında çaşqınlıq yaratmaq, beynəlxalq aləmdə ölkəmiz haqqında mənfi rəy formalaşdırmaq üçün hər cür əxlaqa zidd vasitə və üsullardan istifadə edirlər. Bəzən şübhəli məqamlar yaranır ki, bu üzüdönüklər Ermənistanın xüsusi xidmət orqanlarının sifarişlərini yerinə yetirirlər. Bəlkə də bu faktı inkar edərlər. Deyə bilərlər ki, ortaya sübut, dəlil qoy. Əgər ölkəmizin iç məsələləri sosial şəbəkələr vasitəsi ilə ictimailəşdirilərsə və özlərinə yaxın saytlarda dövlətimizin atributlarını təhqir edirlərsə, deməli, dolayısı ilə erməni agentura şəbəkəsinə işləyirlər. Əsas o deyil ki, xüsusi xidmət orqanları ilə əməkdaşlıq sazişi imzalayıb, üzərinə konkret öhdəliklər götürəsən. Düşmən ölkənin istək və maraqlarına uyğun fikirlər səsləndirmək, dövlətinin əleyhinə statuslar paylaşmaq birbaşa agentura şəbəkəsinə işləmək deməkdir. AXCP sədri Əli Kərimli, “Milli Şura”nın rəhbəri Cəmil Həsənli, “Milli Şura”nın üzvləri Gültəkin Hacıbəyli, Tofiq Yaqublu, AXCP sədr müavini Fuad Qəhrəmanlı və digərlərinin işi və fəaliyyətləri Azərbaycanın milli və dövlətçilik maraqlarına qarşı qarayaxma kampaniyası aparmaqdır.

Ə.Kərimli haqq, ədalət anlayışını küləyə verib, elə vicdanı kimi

Məqam düşdüyü halda Əli Kərimli və onun trol dəstəsi uca millətimizi tənqid edir, iradlar bildirir, “böyük-böyük” təkliflər, “ideyalar səsləndirir. Onlar üçün fərq etmir hüzn günüdür, yoxsa bayram günüdür. Əsas odur ki, 3- 5 nəfər toplaşıbsa çıxış edib, şər və böhtanlarını səsləndirməyə imkan yaranır. Bakının daşnak-bolşevik işğalından azad olunmasının 105 illiyində də Ə.Kərimli ampluasına uyğun davranışını sərgilədi. Ə.Kərimli şəhər sakinlərinin anım mərasimində izdiham yaratmalarından istifadə etməklə siyasi bəyanatlarla çıxış edib, dövlətimizin əleyhinə Corc Sorosun ona təqdim edilən hədələyici mesajlarını səsləndirdi. “Milli Şura”ya formal sədrlik edən C.Həsənli də liderindən geri qalmadı, erməni revanşistlərisayağı Azərbaycan xalqına qarşı ittihamlar irəli sürdü. Diqqətçəkən məqam ondan ibarətdir ki, boşboğaz toplum dağılışdıqdan sonra sosial şəbəkələrdə vay-şivən qoparıblar. Ə.Kərimli utanıb, çəkinmədən sosial şəbəkədə paylaşımında iddia edir ki, guya onların anım mitinqinə maneçilik törədilib. Həm də uydurma fikir ortaya ataraq qeyd edib ki, aksiyada saxlananlar, təhdid və təzyiqlərlə üzləşənlər olub: “AXCP-nin daha da kütləviləşməsindən narahat olan hakimiyyət öz aləmində belə hərbə-zorba ilə cəbhəçilərin daha da çoxalmasına mane olmaq istəyir. Ancaq mənasız cəhddir. Belə təzyiqlər AXCP-nin daha da kütləvi gücə çevrilməsinə mane ola bilməyəcək”.

Ə.Kərimlinin fikirləri ilə tanış olduqdan sonra belə qənaətə gəlirsən ki, o, haqq-ədalət anlayışını küləyə verib, elə vicdanı kimi. Həm də əmin olursan ki, Ə.Kərimli xalqa qarşı düşmənçilik siyasəti aparır. Bir növ nəyinsə qisasını almağa çalışır. Necə ola bilər ki, 97 nəfərdən ibarət olan iştirakçıya heç bir təzyiq, filan olmadığı halda hay-küy qaldırasan? Bu azmış kimi trol dəstəsi insanların heysiyyatına toxunan statuslar yazır, videolar paylaşırlar.

Qaragüruh dəstə yenə də C.Sorosa uyub ölkəmizin uğurlarına kölgə salmağa çalışırlar

AXCP-nin sədr müavini Fuad Qəhrəmanlı bir qədər də uzağa gedərək təmsil olunduğu düşərgə üzvlərini təhqir edir: “Bir çoxu ömrü boyu bir partiya dayaq dəstəsinə belə rəhbərlik etməmiş, çıxışlarında isə hər zaman balans gözləyən bu "siyasət çoxbilmişləri" feysbuk səhifələrindən, kiçik auditoriyalı efirlərindən AXCP-yə necə müxalifətçilik etmək, mübarizə aparmaq və siyasət yürütməklə bağlı ağıl verməyə, yol göstərməyə çalışırdılar. Ciddi cəhdlə belə təəssürat yaradılırdı ki, sən demə, AXCP reysterə siyahı təqdim etmiş olsa, bununla da prinsipial müxalifətçilik də əldən getmiş olacaq”.

Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri millət vəkili Elşən Musayev haqlı olaraq F.Qəhrəmanlını vicdandan xəbəri olmayan adam hesab edir. “Səs” qəzetinə açıqlamasında E.Musayev bildirdi ki, Fuad Qəhrəmanlı kimi birinin vicdandan, haqq-ədalətdən danışması dünyanın sonunun gəldiyini bildirən və göstərən əlamətdir: “Ayıbdır, həqiqətən. Nəinki ayıbdır, hətta günahdır, absurddur! Çünki belə rəzil adamlar vicdan sözünü dilinə belə gətirməməlidir. Fuad Qəhrəmanlı, ümumiyyətlə, vicdandan xəbəri olmayan adamdır. Çünki Fuad Qəhrəmanlının lideri Azərbaycan siyasətinin ən vicdansız nümayəndəsidir. Daha dəqiq desəm: ünsürüdür! Milli məsələlərdə düşmən əlinə oynayan, erməni terroru ilə bağlı Azərbaycanın bütün siyasi partiyalarının imzaladığı bəyanata imza atmaqdan imtina edən, Şuşanın, Qarabağın işğaldan azad olunmağına sevinməyən, hər şeyi qara görən, erməni lobbisindən maliyyələşən, FETÖ-nun tör-töküntülərini müdafiə edən birisi necə vicdandan danışa bilər? Hansı haqla danışa bilər? Əli Kərimli və onun qaragüruh komandasının vicdan haqqında anlayışı belə yoxdur. Onlar ancaq vicdansız olmağın yollarını, vicdansızca davranmağın üsullarını, formasını göstərə və “ən böyük vicdansız necə ola bilər?” sualının cavabını rahat şəkildə verə bilərlər. Çünki əksəriyyəti vicdansızlığın nəzəriyyəsini yazan, vicdansızlığı öz həyat kredolarına çevirən adamlardır”.

Bir sözlə, qaragüruh dəstə yenə də C.Sorosa uyub, ölkəmizin uğurlarına kölgə salmağa çalışırlar. Lakin bir el məsəli var: “it hürər, karvan keçər”. Azərbaycan dövləti müəyyənləşdirdiyi siyasətini davam etdirir. Hansı ki, bu siyasət Azərbaycan xalqına daha işıqlı və xoşbəxt sabah vəd edir, dövlətimizin bayrağını isə daha ucalarda dalğalanmasını təmin edəcək.

İ.ƏLİYEV

Digər xəbərlər