Siyasət

  • 1 403

Azərbaycan-Tacikistan münasibətləri: yeni hədəflərə doğru - TƏHLİL

image

PREZİDENT İLHAM ƏLİYEV: "Azərbaycanı və Mərkəzi Asiya ölkələrini çoxəsrlik qardaşlıq münasibətləri bağlayır"

Danılmaz həqiqətdir ki, Azərbaycan bu gün Prezident İlham Əliyein müdrik və uzaqgörən siyasəti sayəsində türk dövlətləri sırasında nüfuz və söz sahibinə, etibarlı tərəfdaşa, aparıcı regional və beynəlxalq aktora çevrilib, onunla əməkdaşlıq etmək istəyən ölkələrin sayı isə durmadan artır. Bu, dövlət başçımızın 20 il ərzində bütün sahələr üzrə atdığı praqmatik addımlar və aydın hədəflər nəticəsində mümkün olmuşdur. Çünki bu gün Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə milli maraqlarımızın qorunmasına hesablanmış uğurlu və dünya ölkələrinə nümunə olacaq xarici siyasət kursu həyata keçirilir. Bu siyasət kursunun nəticəsidir ki, dünya dövlətləri Azərbaycanla əməkdaşlıq etməyə can atır. Eyni zamanda, ölkəmiz beynəlxalq aləmdə yüksək etimada və nüfuza malikdir. Dövlətimizin xarici siyasətində Mərkəzi Asiya ölkələri ilə əlaqələrin inkişafı əsas istiqamətlərdən birini təşkil edir. Tarixi Zəfərimizlə başa çatan İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında qarşılıqlı və ardıcıl səfərlər həyata keçirilir. Bunun da nəticəsində region dövlətləri ilə ölkəmiz arasındakı əlaqələrdə böyük canlanma müşahidə olunur.

Xüsusilə, son illər Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə, region dövlətlərinin başçılarının isə Azərbaycana səfərləri, həmçinin dövlətimizin başçısının son illər müxtəlif beynəlxalq tədbirlərə, o cümlədən Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitinə, Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısına, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 6-cı Zirvə toplantısının plenar iclasına, “Avropa siyasi birliyi” Zirvə toplantısına xüsusi qonaq qismində dəvət olunması Prezident İlham Əliyevin güclü siyasətçi, Azərbaycan dövlətinin dünyada böyük nüfuza sahib olmasının sübutudur. 14 sentyabr tarixlində Prezident İlham Əliyevin Tacikistanın paytaxtı Düşənbə şəhərində Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşünə fəxri qonaq qismində dəvət olunması bu regionda yerləşən dövlətlərin Azərbaycan dövləti ilə sıx siyası, iqtisadi əlaqələr qurulmasına böyük maraq göstərdiklərinin nümunəsidir. Bu gün Azərbaycan dünyada müstəqil siyasət həyata keçirən, iqtisadi cəhətdən heç bir ölkədən asılı olmayan, söz sahibinə malik bir ölkə kimi qəbul olunur. Bir çox dövlətlər Azərbaycanı özlərinə dost və etibarlı tərəfdaş ölkə hesab edirlər. Bütün bu reallıqlar Azərbaycanın artan beynəlxalq nüfuzunun və beynəlxalq aləmdə böyüyən rolunun əyani göstəricisidir. Və bu gün Prezident İlham Əliyevin Tacikistanın paytaxtı Düşənbə şəhərində Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşünə fəxri qonaq qismində dəvət olunması bu regionda yerləşən dövlətlərin Azərbaycan dövləti ilə sıx siyası, iqtisadi əlaqələr qurulmasına böyük maraq göstərdiklərinin nümunəsidir.

Bəli, Azərbaycan bu gün dünyada müstəqil siyasət həyata keçirən, iqtisadi cəhətdən heç bir ölkədən asılı olmayan, söz sahibinə malik bir ölkə kimi qəbul olunur. Bir çox dövlətlər Azərbaycanı özlərinə dost və etibarlı tərəfdaş ölkə hesab edirlər. Prezident İlham Əliyevin Tacikistanda keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşünə fəxri qonaq qismində dəvət olunması Azərbaycanın dünyada artan nüfuzunun və beynəlxalq əhəmiyyətinin göstəricisidir. İlk dəfədir ki, Məşvərət görüşündə regiondankənar ölkə təmsil olundu. Ümumiyyətlə, son illər ölkəmizin çoxsaylı nüfuzlu beynəlxalq tədbirlərə, Zirvə toplantılarına dəvət olunması mütəmadi hal alıb. Əlbəttə, bütün bunlar Prezident İlham Əliyevin şəxsiyyətinə olan inamın, onun yürütdüyü uzaqgörən siyasətin, Azərbaycanın coğrafi mövqeyinin və regionun təhlükəsizliyi, iqtisadi sabitliyi üçün həyata keçirdiyi fəaliyyətin nəticəsidir. Və…

PREZİDENT İLHAM ƏLİYEVİN ARDICIL SƏFƏRLƏRİ VƏ HƏMİN DÖVLƏTLƏRİN BAŞÇILARININ AZƏRBAYCANA SƏFƏRLƏRİ ƏLAQƏLƏRİMİZİN GENİŞLƏNMƏSİNİN, STRATEJİ XARAKTER ALMASININ VƏ ETİBARLI MÜNASİBƏTLƏRİN GÖSTƏRİCİSİDİR

Xusui olaraq vurğulamaq lazımdır ki, bu gün Azərbaycanın Mərkəzi Asiya respublikaları ilə əlaqələri yüksələn xəttlə inkişaf edir. Prezident İlham Əliyevin ardıcıl səfərləri və həmin dövlətlərin başçılarının Azərbaycana səfərləri əlaqələrimizin genişlənməsini və strateji xarakter almasını şərtləndirir. Səfərlər zamanı imzalanan müqavilələr, sazişlər ölkələrimiz arasında münasibətlərin gələcəyini müəyyənləşdirir. Cari ilin sentyabrın 14-də Azərbaycan Prezidenti İlham Əliyevin Tacikistan Respublikasına dövlət səfəri münasibətlərin gələcəyi baxımından böyük əhəmiyyətə malikdir. Prezidentlərin qarşılıqlı səfərləri onu göstərir ki, hər iki tərəf münasibətlərin inkişafına böyük önəm verir. Dövlətimizin başçısı Tacikistana səfərinin gündəliyi kifayət qədər zəngin olub. Keçirilən görüşlərdə prezidentlər dövlətlərarası münasibətlərin yüksək səviyyədə dəstəklənməsinə, mövcud və gələcək əməkdaşlıq üzrə bütün əlaqələri inkişaf etdirməyə hazır olduqlarını bildiriblər. Bir sözlə, bu gün ölkələrimizi tarixi dostluq əlaqələri, siyasi, humanitar və digər sahələrdə münasibətlər də birləşdirir. Azərbaycan və tacik xalqları arasında tarixi, mədəni və dini bağlılıqlar iki ölkə arasındakı əlaqələrin əsasını təşkil edir. Azərbaycanla Tacikistan arasındakı mövcud qardaşlıqlı münasibətlərinin uğurlu inkişafı ötən əsrin 90-cı illərinin əvvəlində qoyulmuşdur. Həmin dövrdə Azərbaycan və Tacikistan ağır çətinliklərlə üzləşmişdi, hər iki dövlətdə ictimai-siyasi sabitlik pozulmuş və vətəndaş müharibəsi gedirdi. Lakin Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin və Tacikistan Prezidenti Emoməli Rəhmonun böyük liderlik bacarığı nəticəsində ölkələrimiz çətinlikləri arxada qoyaraq inkişaf yoluna çıxdı və bu gün Azərbaycan və Tacikistan dünyanın ən sabit ölkələrindəndirlər. Ölkələrimiz arasındakı əlaqələr bütün sahələr üzrə dinamik şəkildə inkişaf edir. Prezident İlham Əliyevin Tacikistana hər səfəri zamanı çoxsaylı sənədlər və memorandumlar imzalanmışdır ki, bu da Azərbaycanla Tacikistan arasındakı əməkdaşlığın hüquqi bazasının inkişafına təkan vermişdir.

Səfər çərçivəsində mühüm hadisələrdən biri də Düşənbədə Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşünün keçirilməsi oldu. Görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fəxri qonaq qismində iştirak etməsi ölkəmizə olan yüksək diqqət və etimadın göstəricisidir. Tədbirdə çıxış edən dövlətimizin başçısı Azərbaycanla Mərkəzi Asiya ölkələri arasındakı çoxəsrlik qardaşlıq tarixindən, ortaq mədəni köklərdən danışıb. Cənab Prezident ölkələrimizin hər zaman bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini qeyd edərək, iqtisadi əlaqələrin də fəal şəkildə inkişaf etdiyini diqqətə çatdırıb. Həmçinin, onu da vurğulamaq yerinə düşərdi ki, ötən il ölkəmizlə Mərkəzi Asiya ölkələri arasındakı ticarət dövriyyəsi 3 dəfədən çox, bu ilin 7 ayı ərzində isə 50 faiz artım qeydə alınıb. Dövlət başçısı nəqliyyat və logistika sahəsindəki əlaqələrdən danışaraq vurğulayıb ki, Azərbaycan Mərkəzi Asiya ölkələri üçün Türkiyə və Avropa bazarları istiqamətində etibarlı tranzit ölkəsidir.

Düşənbədə Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşü çərçivəsində çıxışı zamanı Prezident İlham Əliyev səmərəli əməkdaşlığın siyasi göstəricilərinə diqqət çəkərək bildirmişdir ki, regional əməkdaşlığın yeni formatı ölkələrimizin və xalqlarımızın daha da yaxınlaşmasına zəmin yaradacaq. Ölkə başçısı onu da qeyd edərək vurğulamışdır ki, otuz ildən artıqdır ki, biz müstəqil dövlətlər kimi həm ikitərəfli, həm çoxtərəfli formatda fəal şəkildə qarşılıqlı fəaliyyət aparırıq, bir-birimizin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik, iqtisadi əlaqələri fəal şəkildə inkişaf etdiririk.

Bir sözlə, Prezident İlham Əliyevin son iki ildə Mərkəzi Asiya dövlətlərinə 9 dəfə səfər etməsi ölkə başçımızın region dövlətləri ilə sıx əməkdaşlıq qurulmasına böyük əhəmiyyət verdiyinin nümunəsidir. Düşənbə şəhərində keçirilən Məşvərət görüşündə Prezident İlham Əliyev Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında mövcud siyasi və iqtisadi əlaqələrdən, eləcə də gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində görüləcək layihələr barədə çıxış etdi. Son dövrlər Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında iqtisadi, ticari əlaqələr artmaqdadır. Ötən il Azərbaycanla Mərkəzi Asiya dövlətləri ilə ticarət dövriyyəsi 3 dəfədən çox artmışdır. Birgə sənaye fondları yaradılmışdı və növbəti 3 ildə 1 milyard dollardan artıq qarşılıqlı sərmayələrin həcminin artırılması nəzərdə tutulmuşdur. Kənd təsərrüfatının və sənayenin bir çox sahələrində, eləcə də gəmiqayırma sahəsində çoxsaylı layihələr həyata keçirilir. Bu gün Mərkəzi Asiya dövlətlərinin şirkətləri Azərbaycanda yaradılmış Ələt Azad İqtisadi Zonasına böyük maraq göstərirlər.
Azərbaycanda nəqliyyat- logistika sahəsində böyük layihələr icra edilmişdir. Ölkəmiz Mərkəzi Asiya dövlətlərinin Türkiyə və Avropa bazarlarına çıxışı üçün tranzit ölkə və qapıdır. Ölkə başçımız çıxışında Azərbaycanın nəqliyyat və logistika infrastrukturunun Mərkəzi Asiyadaki qardaş dövlətlər üçün hər zaman açıq olduğunu vurğulayıb.

Beləliklə, Azərbaycan Prezidenti İlham Əliyevin Tacikstana səfəri, Prezident Emoməli Rəhmon ilə görüş, liderlərin səsləndirdiyi fikirlər bir daha göstərdi ki, hər iki dövlət rəhbərinin arzuları, istəkləri üst - üstə düşür və bu bilavasitə əməkdaşlığın, dostluğun möhkəmləndirilməsinə və xalqların rifahının yaxşılaşdırılmasına, xoşbəxt gələcəyinə hesablanmışdır.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər