Siyasət

  • 1 292

AXCP, Müsavat və Real partiyaları xəyanət yolu tutdular TƏHLİL

image

Ə.Kərimli, İ.Məmmədov, A.Hacılı dəstək bəyanatına qoşulmamaqla xain niyyətli düşmənləri, xüsusilə də, erməni lobbisini məmnun edirlər

Bəlli olduğu kimi, Ermənistanın Azərbaycanın Konstitusiya quruluşuna yönəldilmiş hərbi təhdidlərinə qarşı ölkəmiz lokal antiterror tədbirləri həyata keçirir. 44 günlük Vətən Müharibəsində olduğu kimi, bu dəfə də cəmiyyətin bütün təbəqələri lokal xarakterli antiterror tədbirlərini dəstəkləyirlər. Qeyri-hökumət təşkilatları, siyasi patiyalar bir araya gələrək dəstək bəyanatları qəbul edir, beynəlxalq təşkilatlara, ayrı-ayrı ölkələrin parlamentlərinə müraciətlər ünvanlayırlar. Təəssüf ki, yenə də erməni qucağında oturub, milli maraqlarımıza daş atan dağıdıcı müxalifət partiyaları və onların funksionerləri ümumxalq birlikdən kənarda qalırlar. Siyasi partiyaların lokal xarakterli antiterror tədbirlərini dəstək bəyanatına yenə də AXCP, Müsavat və REAL partiyaları qoşulmadılar. Bu isə onu bir daha təsdiq edir ki, sözügedən partiyalar erməni lobbisinin mənafeyindən çıxış edirlər. Yəni, erməni lobbisi dağıdıcı müxalifət partiya sədrlərinə lokal xarakterli tədbirlərə dəstək göstərilməməsi barədə göstəriş veriblər. Onlar da göstərişlərə boyun əyiblər.

Necə ola bilər ki, Vətəninə yardım etməyin vacib olduğu bir mərhələdə susan?

Bu yerdə göz önündə arzuedilməz mənzərə canlanır. Necə ola bilər ki, vətəninə yardım etməyin vacib olduğu bir mərhələdə susan? Deməli, bir daha aydın olur ki, onların pafosla söylədikləri “Vətən”, “Xalq” sözləri, sadəcə, siyasi divident əldə etmək üçün deyilir. Əslində, xalqdan uzaqdırlar, dövlətə qarşı laqeyddirlər. Onlar üçün başlıca hədəf və məqsəd ölkəmizin imicinə xələl gətirilmək və erməni lobbisinin istəyinin yerinə yetirilməsidir. Xarılatmaq lazımdır ki, AXCP və Müsavat 2020-ci ilin iyulunda Tovuz rayonu erməni terror maşını terror aktları həyata keçirən zaman 43 siyasi partiyanın imzaladığı “Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü və dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi son təxribatları ilə əlaqədar siyasi partiyaların milli həmrəyliyə dair” bəyanatını imzalamamışdır. 44 günlük Vətən Müharibəsi zamanı bir neçə dəfə siyasi partiyalar bir araya gəlib beynəlxalq təşkilatlara Ermənistanın vandal hərəkətləri və dinc sakinlərin raket atəşinə tutulmasına etiraz əlaməti olaraq bəyanatlar, müraciətlər ünvanladıqları zaman Müsavat və AXCP həmin müraciətlərə qoşulmaqdan imtina etdilər. Prezident Administrasiyasında siyasi partiyaların rəhbərləri ilə keçirilən görüşlərdə AXCP və Müsavat funksionerləri qatılmadılar. Hətta siyasi dialoq çağırışlarına da əhəmiyyətsiz yanaşdılar. Bütün bunlar Əli Kərimlinin, Arif Hacılının və İlqar Məmmədovun şər qüvvələrdən asılı olduqlarını göstərir.

Əli Kərimlinin, Arif Hacılının və İlqar Məmmədovun erməni revanşistlərindən fərqi varmı?

Hazırkı mərhələdə konstitusiya quruluşunun bərpası istiqamətində ordumuzun apardığı lokal xarakterli əməliyyatlara dəstək bəyanatına qoşulmamaqla milli mübarizəmizə qarşı çıxmaqdır. Nəzərə almaq lazımdır ki, torpaq uğrunda aparılan haqq savaşımıza bütün dünya diqqət göstərir. Biri xain xisləti ilə, digər isə qardaş marağı ilə. Əgər içimizdə fərqli yanaşma göstərilsə, bu, xain ürəkləri sevindirir. Ə.Kərimli, İ.Məmmədov, A.Hacılı dəstək bəyanatına qoşulmamaqla xain niyyətli düşmənləri, xüsusilə də, erməni lobbisini məmnun edirlər. Ə.Kərimli bütün günü sosial şəbəkələrdə vurnuxur, ABŞ-ın qaranlıq dairələrinin layihəsi olan Sevinc Osmanqızının TV-sində müxtəlif verilişlərdə çıxışlar edir. Niyə görə hazırda keçirilən lokal xarakterli əməliyyat tədbirlər barədə Sevinc Osmanqızının verilişində çıxış edib, mövqeyini bildirmir? Ona sosial şəbəkələr vasitəsilə ordumuzun apardığı əməliyyatlara haqq qazandırmağa nə mane olur? Axı torpaq namusumuzdur, qeyrətimizdir. Elə bir məqamdır ki, dilindən, dinindən, siyasi mənsubiyyətindən asılı olmayaq bu torpaqda doğulan hər kəs Ali Baş Komandan, Yenilməz Sərkərdə, ölkə Prezidenti İlham Əliyevin yanında olmalı, Ona öz dəstəyini göstərməlidir.

Vicdanları, abır və həyaları olsa, bundan sonra siyasətdə qalmazlar, xalqdan üzr istəyib sakitcə siyasi arenanı tərk edərlər

Söz yox ki, xalq birmənalı şəkildə Ali Baş Komandan, Yenilməz Sərkərdə, ölkə Prezidenti İlham Əliyevi dəstəkləyir. Bu birliyin qələbə qazanacağı şübhəsidir. Necə ki, 44 günlük Vətən savaşı birliyin və həmrəyliyin nəticəsi olaraq zəfərlə başa çatdı. Dağıdıcı müxalif ünsürlərə isə yamanlıq qaldı. Yenə də eyni hal yaşanacaq. Aparılan əməliyyat qələbə ilə başa çatacaq və Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə və digər ərazilərimizdə suverenliyimiz bərpa olunacaq, üçrəngli bayrağımızın dalğalanması təmin olunacaq. Təbii ki, yenə də yamanlıq altdan-altdan erməni revanşistlərinin maraqlarından çıxış edən Ə.Kərimli, İ.Məmmədov, A.Hacılı və digərlərinə qalacaq. Bu halda sual olunur, bundan sonra onlar hansı üzlə cəmiyyət arasına çıxacaqlar? Hansı haqla “mənim Vətənim”, “mənim xalqım” deyəcəklər. Düşünürəm ki, vicdanları, abır və həyaları olsa, bundan sonra siyasətdə qalmazlar, xalqdan üzr istəyib sakitcə siyasi arenanı tərk edərlər.

İ.ƏLİYEVr

Digər xəbərlər