“Düşünürəm ki, Əsrin müqaviləsi o zaman Ulu Öndərin səyləri nəticəsində baş tutmasaydı, bəlkə də bu gün Azərbaycanın iqtisadi maliyyə uğurları belə yüksək səviyyədə olmazdı”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Rüfət Quliyev deyib.
Onun sözlərinə görə, təbiidir ki, bu və ya digər formada Ulu Öndər Azərbaycanı inkişaf etdirəcəkdi: “Cənab Prezident İlham Əliyev də bu inkişafı davam etdirəcəkdi. Amma Əsrin müqaviləsinin böyük bir məna və təkanı var. Bu müqavilə nəticəsində Azərbaycana təxminən 300 milyard dollardan çox xarici investisiyalar gəldi.Azərbaycanın bu günləri bu formada sıçrayışlı iqtisadi inkişafının təməl daşlarından biri, bəlkə də əsası Əsrin müqaviləsi idi”.
Ayşən Vəli