PDF Oxu

Siyasət

  • 2 809

Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı investisiya qoyuluşu artır ŞƏRH

Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı investisiya qoyuluşu artır ŞƏRH

Azərbaycan öz milli maraqlarını, regionda aparıcı dövlət statusunu qorumaqla yanaşı, türk dünyası, o cümlədən Mərkəzi Asiya dövlətləri ilə də qarşılıqlı faydalı münasibətlər qurur, beynəlxalq əməkdaşlığı və bərabər hüquqlu tərəfdaşlıq əlaqələrini genişləndirir. Bu gün Azərbaycan Respublikasının siyasi və iqtisadi potensialı artmış, regionda söz sahibi olan dövlətə çevrilmiş, beynəlxalq siyasət səhnəsində nüfuzu və mövqeyi daha da möhkəmlənmişdir. Həmin uğurlar vaxtilə ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi və hazırda dövlət başçısı İlham Əliyevin uğurla davam etdirdiyi siyasi kursun məntiqi nəticələridir. Dövlət başçımızın son illər müxtəlif beynəlxalq tədbirlərə xüsusi qonaq qismində dəvət olunması Azərbaycanın artan beynəlxalq nüfuzunun göstəricisidir. Sentyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Tacikistanda keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə də fəxri qonaq qismində iştirak etdi.

Azərbaycanı və Mərkəzi Asiya ölkələrini xalqlarımızın çoxəsrlik qardaşlıq münasibətləri bağlayır. Ortaq mədəni köklər dövlətlərarası əlaqələrin möhkəm bünövrəsini təşkil edir. Mərkəzi Asiya dövlətləri Azərbaycanla əməkdaşlıqda maraqlıdır və bu özünün aydın ifadəsini qarşılıqlı səfərlərdə tapır. Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə bu əlaqələrin əhatə etdiyi sahələr, eyni zamanda, yeni istiqamətlər diqqətə çatdırıldı.Dövlətimizin başçısı tədbirdəki çıxışında regional əməkdaşlığın bu formatının ölkələrimizin, xalqlarımızın daha da yaxınlaşmasına zəmin yaradacağına əminliyini ifadə edərək qeyd etdi ki, investisiya qoyuluşu, maliyyə, ticarət, nəqliyyat-logistika sahəsində geniş birgə əməkdaşlıq imkanlarımız və ölkələrimiz arasında bu vaxtadək imzalanmış sənədlər əlaqələrimizin inkişafı üçün möhkəm baza yaradır. Ümumiyyətlə, bütün Mərkəzi Asiya ölkləri ilə iqtisadi və siyasi əlaqələrimiz özünün parlaq dövrünü yaşayır. İkitərəfli əməkdaşlığın mühüm meyarlarından biri olan qarşılıqlı ticarət və investisiya qoyuluşu istiqamətləri üzrə göstəricilər davamlı artıma malikdir. Keçən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 3 dəfədən çox, bu ilin 7 ayı ərzində isə daha 50 faiz artıb.Mərkəzi Asiya ölkələri ilə nəinki ənənəvi kənd təsərrüfatı, pambıqçılıq, ipəkçilik, bağçılıq, heyvandarlıq sahələrində, həm də sənayə, elm və texnikanın yeni sahələrində, maşınqayırma, avtomobil sənayesi, gəmiqayırma sahələrində çoxsaylı layihələri həyata keçiririk. Mərkəzi Asiyadan olan şirkətlərin həm Azərbaycanda yaradılmış Ələt Azad İqtisadi Zonasına maraqları artır, həm də işğaldan azad olunmuş torpaqlarımızın bərpa və yenidən qurulmasında iştirak edirlər. Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əlaqələrdə açılan yeni üfüqlər gləcək üçün yaxşı perspektivlər vəd edib. Bu gün Avropanın enerji təhlükəsizliyinə ciddi töhfələr verən Azərbaycan Şərqlə Qərb arasında, o cümlədən Mərkəzi Asiya ölkələri üçün mühüm tranzit ölkə və etibarlı tərəfdaşdır.

Rövşən Əhmədov,

YAP Ağcabədi rayon təşkilatının sədri.

Digər xəbərlər