PDF Oxu

Siyasət

  • 2 320

Dəyişməyən erməni terroru!

image

Bir millət o zaman sıradan çıxır ki, öz məğlubiyyəti ilə barışır. Çünki bu barışıqlıq ardınca inamsızlığı, ümidsizliyi gətirir. İnamını və ümidini itirməyin sonu isə süstlüyə, fəaliyyətsizliyə çevrilir...İşğalçı Ermənistan kimi...Çünki zaman-zaman istər Azərbaycanda, istər Türkiyədə, istərsə də dünyanın müxtəlif ölkələrində silsilə terrorlar törətmiş erməni terrorçu qruplaşmalarının məqsədləri birdir – “Dənizdən-dənizə böyük Ermənistan dövlət” xəyallarını gerçəkləşdirməkdən ötrü hətta özlərinə düşmən olaraq elan etdikləri xalqların uşaqlarına belə rəhm etməmək. Bu, bir erməni xislətinin bariz və dəfələrlə sübuta yetirilmiş reallığıdır. Bu sıradan çıxmış «millət» olaraq hətta tanrının yaratdığı ən məsum varlıqlar olan körpələri qətlə yetirmək, onlara əl qaldırmaq xəstə təfəkkürlü ermənilər üçün tarix boyu “şan-şöhrət” sayılıb. Ancaq terrorçu və işğalçı Ermənistan Ali Baş Komandan, Qalib Prezident İlham Əliyev cənablarını «Dəmir yumruq» siyasəti ilə Güclü Ordumuzun rəşadətli əsgər və zabitləri 44 gün ərzində 30 illik həsrətə son qoyan düşmən qarşısında tərk-silah edilən qəhrəman xalq var...

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bütün görüşlərində və çıxışlarında Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi məsələsinə toxunur, bununla barışmayacağımızı diqqətə çatdırırdı: «Azərbaycan heç vaxt öz ərazi bütövlüyünün pozulması ilə barışmayacaq, torpaqlarında ikinci erməni dövlətinin yaranmasına yol verməyəcəkdir. Ölkəmizin ərazi bütövlüyü tam bərpa edilməli, azərbaycanlılar əzəli yurdlarına qayıtmalıdırlar. Qarabağ Azərbaycandır və nida".

Ancaq mənfur düşmən İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizin təsdiqi olan 10 noyabr üçtərəfli Bəyanatını tələblərini Ermənistan hələ də pozur. Məlumdur ki, hazırda günümüzün əsas problemi işğaldan azad edilmiş torpaqlarımızda bərpa planlarının həyata keçirilməsi üçün ərazilərin minalardan təmizlənməsidir. Mənfur düşmən 30 illik işğal dövründə Qarabağda çağdaş dünya tarixində misli görünməmiş vandalizm aktları törədib, bütün tikililəri, tarixi və dini abidələrimizi yerlə-yeksan etməklə yanaşı, həm də Azərbaycan Ordusunun Zəfər yürüşü nəticəsində tərk etməyə məcbur olduğu ərazilərimizdə müxtəlif növ minalar və digər partlayıcı qurğular yerləşdirib. Faktlar və rəqəmlər sübut edir ki, 10 noyabr razılaşmasına uyğun olaraq mərhələli şəkildə boşaldılan Kəlbəcər, Ağdam və Laçın rayonlarında isə minalanmış sahələr daha böyük əraziləri əhatə edir. Məhz minalanmış ərazilərin xəritələrini verilməməsi nəticədə insanların həlak olmasına səbəb olur. İşğalçı Ermənistanın minalanmış ərazilərin xəritələrini verməkdən imtina etməsi ilə bir daha beynəlxalq hüquqa məhəl qoymadığını təsdiqləyir. Ancaq beynəlxalq aləm 30 ilə yaxın dövrdə BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymayan, özünün antibəşəri davranışları ilə beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozan Ermənistana dünyanın aparıcı dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatların heç bir təzyiq göstərməmələrinin, təcavüzkara qarşı sanksiyaların tətbiqi barədə belə düşünməmələrinin sonda hansı vəziyyətə gətirib çıxardığının fərqində olmalıdır.

Həmçinin, Azərbaycanın ərazi bötüvlüyünə qarşı qaldırılan torpaq iddialarının ardınca erməni terrorçularının uşaq qatili olmaq ənənələri... Nə qədər də ağır olsa da, hər dəfə bu faktları hər bir imkanda ictimailəşdirməli, gələcək nəsillərimizə çatdırmalı, təkrarlamalıyıq ki, milli unutqanlığımız baş verməsin! Çünki dəyişməyən qəddarlıq, dəyişməyən qətl üsulları və dəyişməyən erməni terroru cəzalandırılmalıdır ki, təkrarlanmasın. Xüsusilə də, vəhşi erməni yazarı Zori Balayan kimi qan içən uşaq qatilinin xatirələri heç vaxt unutmamalıyıq. Belə ki, babalarının yırtıcı təbiətini özündə yaşadan «ASALA» erməni terror cəmiyyətinin ideoloqlarından hesab edilən yazıçı Zori Balayan Qarabağda günahsız körpələrimizin işgəncə ilə ölümünün bilavasitə iştirakçısı olaraq, əli qanlı cani şahidliyindən fəxr etdiyini yazır və üstəlik, qətlə yetirilən azərbaycanlı uşaqların (!) «it» olduğunu deyir. Bunu ermənilər öz dilləri ilə də etiraf ediblər. Belə ki, polşalı erməni yepiskopu Simeon Lehatsi (XVI əsr) yazırdı: «Yunanlar bizə «İşkil», yəni itlər) deyib, tüpürüb bayıra atdılar...".

Göründüyü kimi, erməni terrorçuları həqiqətən də quduz it, quduz köpək olduqlarını deyə bilərik. Atalarımız əbəs yerə deməyiblər ki, «Suya düşən itlə yağışa düşən erməni arasında fərq yoxdur". Beləliklə, bir xalqın ki, Zori Balayan, David Xerdiyan, Paşinyan kimi küçədə yaşayan və bu gün əzəldən torpağı olmayan və həyasızcasına onun-bunun qoltuğuna sığınaraq, onun-bunun dabanının yalayan şər, böhtan atan və bu gün də faşist xislətlərini göstərərk günahsız körpələrə, mülki əhaliyə atəş açaraq bu terrorçu hərəkətləri ilə «erməni qüruru» keçirənlər həqiqətən də xəstə, bədbəxt təfəkkürlü quduzlaşmış itlərdir!

Və bu gün qanunsuz silahlı birləşmələrin və Ermənistan ordusunun qalıqlarının Azərbaycan ərazisində mövcudluğu ölkənin milli təhlükəsizliyinə təhdid yaradır, buna görə də antiterror tədbirləri zərurətə çevrilib. Xüsusilə son dövrlər işğaldan azad olunmuş ərazilərdə baş vermiş mina terroru Ermənistanın və onun dəstəklədiyi separatçı xuntanın fəaliyyətinin nəticəsi idi. 2020-ci il noyabrın 10-dan sonrakı dövrdə işğaldan azad edilmiş ərazilərdə 314 nəfər minadan zərər çəkib. Onlardan 61 nəfəri həlak olub, 253 vətəndaşımız yaralanıb. Eyni zamanda, qanunsuz silahlı birləşmələr mütəmadi olaraq digər təxribatlar törədirdi. Buna görə də Azərbaycan dövləti antiterror tədbirlərini həyata keçirmək məcburiyyətində qaldı. Belə ki, antiterror tədbirləri üçtərəfli Bəyanatın müddəalarının təmin olunmasına, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınmasına xidmət edir. Ermənistandan fərqli olaraq, Azərbaycan Ordusunun hədəfi mülki obyektləri və dinc sakinlər deyil. Ermənistan silahlı qüvvələrinin mövqeləri və atəş nöqtələri, hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahlar vasitəsilə məhv edilir. Azərbaycan Silahlı Qüvvələri yalnız legitim hərbi hədəfləri sıradan çıxarır. Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən yaşayış yerlərinin yaxınlığında atəş vasitələrinin yerləşdirilməsini nəzərə alaraq, ərazidə olan mülki əhaliyə müvafiq xəbərdarlıqlar edib.

Bildirilib ki, Azərbaycan qanunlarına və beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq inzibati, sosial, təhsil, tibbi, dini və digər obyektlərin mühafizə və müdafiəsi təşkil ediləcək. Qadınlar, uşaqlar, qocalar, habelə fiziki məhdudiyyətli şəxslər və xəstələrə lazımi tibbi və digər yardımların göstəriləcəyi də bəyan edilib. Dinc sakinlərin təhlükəli ərazidən təxliyəsini təmin etmək üçün humanitar dəhliz və qəbul məntəqələri də yaradılıb. Bütün bunlar Azərbaycan Ordusunun antiterror tədbirləri zamanı mülki şəxslərin qorunmasını təmin etmək üçün atdığı addımlardır. Və bu azğın, quduzlaşmışlar bilməlidirlər nahaq qan heç vaxt yerdə qalmayacaq! Və heç şübhəsiz ki, Ermənistan törətdiyi insanlığa qarşı cinayət və terror əməllərinə görə beynəlxalq hüquq qarşısında da cavab verəcək. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müraciətlərində, yerli və xarici televiziya kanallarına verdiyi müsahibələrində qeyd etdiyi kimi: "Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!".

ZƏRİFƏ QULİYEVA,
YAP Veteranlar Şurasının üzvü

Digər xəbərlər