PDF Oxu

Siyasət

  • 1 703

"Vətən", "Bayraq", "Xalq" deyənlər bir geriyə baxsınlar… KÖŞƏ

"Vətən", "Bayraq", "Xalq" deyənlər bir geriyə baxsınlar… KÖŞƏ

Təəssüf ki, onlar geriyə çevrilməkdən qorxurlar. Çünki geridə 1992-93-cü illərdə xalqa etdikləri zülm, yaratdıqları vətəndaş müharibəsi, xalqın əmlakını talanetmə faktları, sonra isə Avropaya qaçıb 10-15 qranta Vətənə, xalqa, dövlətə qarşı erməniyə nökərçilik etmələri və digər günahları onların gözünə görünə bilər. Ancaq inanmıram, çünkü kor olan gözlər bugünkü realllıqları görə bilməz. Bir faktı xatırlatmaq istərdim - 1992-1993-cü illərdə Azərbaycan prezidenti olmuş Əbülfəz Elçibəy: «Rüşvət alanda milyonlarla dollar alırsınız. Alırsan, heç olmasa yüz minlərlə al, beş manat al, insafla al. Deyirlər, 200 min dollar verməlisən, yoxsa səni gömrükdən buraxmayacam, çünki sən 400 min dollar qazanacaqsan. Gəl qazancı yarı bölək...». Və bu gün sosial şəbəkələrdə Vətənini, torpağını satıb-satılan Vidadi İskəndərli, Əli Kərimli, Cəmil Həsənli, Sevinc Osmanqızı, Arif Məmmədov, Qənimət Zahid kimilər ölkədə qan tökülməsinə çalışaraq belə bir çağırışlar etməklə xalqın hiddətinə səbəb olurlar. Məşhur fransız ədibi Viktor Hüqonun dediyi kimi: «Vətənini rüsvay etmək - ona xəyanət etmək deməkdir». Və bu gün Sevinc Osmanqızı, Vidadi İskəndərli, Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli və bu kimi məxluqların «Azərbaycan əsgəri» adından danışmağa nə haqqı?

Çünki bu gün məhz Azərbaycan Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyev cənablarının «Dəmir yumruq» siyasəti ilə rəşadətli Azərbaycan əsgəri döyüşlərdə qəhrəmancasına döyüşə-döyüşə bərkiyərək Güclü Ordumuzun gücü ilə Azərbaycan tarixinə qələbələr yazdılar. Ermənistanın baş nazirinin Xankəndidə «Qarabağ Ermənistandır və nöqtə» deməsini ürəyində qoydular. Və bütün dünya gördü ki, «Qarabağ Azərbaycandır və NİDA». Və onu da bir daha gördü ki, Möhtərəm Prezident, cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun əks hücumu nəticəsində düşməni yerinə oturtmağa qadir «Dəmir Yumruq» hələ də başlarının üstündədir.

Və bu gün Sevinc Osmanqızı, Vidadi İskəndərli, Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli və bu kimi satqınlar Azərbaycan əsgərinin adından istifadə edə bilməzlər! Çünki bu adi deyilmiş söz deyil, iftixarla, böyük bir qürurla fəxr ediləsi sözdür! Bu sözdə qalibiyyət, zəfər var - yurdumuzu, torpağımızı qoruyan Azərbaycan əsgəri dayanır. Və tarix boyu Azərbaycan əsgərinin adı hər yerdə hörmətlə, izzətlə çəkilib, bundan sonra da çəkiləcək. Çünki bu gün xalqımız sənə müqəddəs və şərəfli vəzifələr tapşırıb, Vətənin, yurdun sədaqətli, mətanətli keşikçisisən – Azərbaycan əsgəri!

Yetər bu qədər, Sevinc Osmanqızı, Vidadi İskəndərli, Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli və bu kimi məxluqların «Azərbaycan əsgəri» adından danışmağınız! Yetər bu qədər iftira dediniz! Cəmiyyət sizlərə aşırı nifrət edir, yaxın zamanlarda əlahəzrət qanun qarşısında cavab verəcəyiniz günü səbirsizliklə gözləyir! Və xalqımız əmin olsunlar ki, Vətənə və dövlətə qarşı xəyanət yolu tutan bu satqın və naqis xəyanətkarlar gec-tez öz layiqli cəzalarını alacaqlar!

RƏFİQƏ

Digər xəbərlər