Adam nə olur olsun, bircə arvad yanında xəcalətli, əli ətəyindən uzun, üzüqara qalmasın. Bu, çox dəhşətli haldır. Allah heç kimi belə çıxılmaz vəziyyətə salmasın. ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin rəhbəri Bob Menendesdən gedir söhbət. Yazıq bir qələt eliyib, ahıl yaşında erməni qadınla evlənib. Axı, haradan biləydi ki, erməni “haxçi”nin niyyəti nədir? Bədbəxt, elə bilib ki, erməni əsilli Nadin Arslanyanla evlənəndə başına tac qoyacaqlar, erməni qayınları, baldızları, xalası və dyısı oğlanları onu qoca vaxtında əllərinin içində saxlayacaqlar. Amma qoca Menendesin arzusu gözündə qalıb. Nadin "haxçi" kəndiri salıb qoca senatorun boynuna, hara gəldi sürüyür, kimə istəsə qısqırdır...
“Pedofil” Menendez onsuz da türk düşməni idi, bütün çıxışlarında Türkiyə və Azərbaycanı “qaralayıb” özünü erməni diasporunun yanında “süddən çıxmış ağ qaşıq” kimi göstərirdi. Qoca tülkünün erməni lobbi təşkilatlarının başında duranlarla tez-tez bir araya gəlməsi də çox mətləblərdən xəbər verir. Erməni əsilli Nadimlə evliliyi isə ona iş həyatından kənar, evdə də nəzarətin güclü olduğunu göstərir. Bəli “qadın böyük qüvvədir”, deyib, başına gələnlər. Düzdür, istənilən kişi bu vəziyyətlə rastlaşa bilər və gündəlik həyatımızda buna hər an hazırıq, amma erməni kimi bir millətin əlinə düşmək isə əsl faciədir. Bu millətin kişisi də, qadını da salam verdiyi adamdan sui-istifadə etməkdə mahirdirlər. Necə deyərlər, “salam verəndə əlindən ehtiyatlı ol”.
Beş ayda dörd qitədə olan Nadin-Bob cütlüyü erməni kilsəsində, erməni lobbi təşkilatlarındakı görüşlərdən sonra 400 min dollarlıq varidatla geri dönüblər
Sadiq FETÖ tərəfdarı, Türkiyə ictimaiyyətinin əhəmiyyətli bir hissəsi tərəfindən “Süngər Bob” kimi xatırlanan Menendes dövlət katibi Antoni Blinkenlə Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağdan danışıb, müzakirələr aparıb və rəsmi Bakını “aqressor” adlandırıb, ermənilərə qarşı “soyqırımı” törətməkdə ittiham edib. Təbii ki, bu adamcıq sadə amerikalı olsaydı, bəlkə də buna göz yummaq olardı. Amma bir senatorun kafasından böyük danışması, Azərbaycanı onun törətmədiyi cinayətdə suçlaması, iftira atması, ölkəmizi dünya birliyi qarşısında ləkələməsi qəbuledilməzdir. İftira, çamur isə cəzasız qalmamalıdır. Bilirik, Menendesi kimin “qaza gətirdiyini”. Boş yerə onun zövcəsinin erməni olduğunu xatırlatmadıq. Senatora onu da xatırlatmaq gərəkdir ki, siyasəti məişət mövzusu ilə qarışdırmasın, onun yarada biləcəyi bumeranq effektini də nəzərə alsın.
Blinkenlə görüşündə Azərbaycanın əzəli və əbədi ərazilərində yaşayan separatçı ermənilərin “etnik təmişləməyə, soyqırımına” məruz qaldıqlarını deyən Menendes bundan bərk narahat olduğunu bildirib. Senator bir az da dərinə gedərək, burnunu lazım olmayan yerə soxaraq, başını başlara qoşaraq Azərbaycan Prezidentini “məsuliyyətə cəlb etmək və Dağlıq Qarabağdakı ermənilərə dərhal dəstək vermək”, kimi cəfəngiyata varıb. Belə yerdə deyiblər, vay Amerikanın halına, gör dünyanın ən güclü ölkəsinin qanunverici orqanında kimlər təmsil olunur? ABŞ Menendes kimi erməni payına yalmananlarlamı dünyaya ağalıq etmək istəyir? Bob kimi rüşvətxor və pedofil senatorla Amerika çox da uzağa gedə bilməz.
Azərbaycana gəlincə, dövlətimiz Qarabağda suveren hüquqlarını, ərazi bütövlüyünü, konstitusiyasını bərpa edir. Bob Menendes kimi senatorların təmsil olunduğu ABŞ, Makronun təmsil etdiyi Fransa kimi ölkələrin bu haqqımıza qarşı cıxması birbaşa beynəlxalq qalmaqal nümunəsidir. ABŞ da, Fransa da Azərbaycandan güclü ola bilər, amma haqsızdırlar, erməni yalanının yanında yer alıblar, hamı üçün yad olan ikili standartla, üzgörənliklə, ədalətsizliklə doğmalaşıblar. Biz isə duamızı əsirgəməyək, Uca Tanrı ağıl payından bunlara da göndərsin…
Vəli VƏLİYEV