Azərbaycan dövləti aparılan düzgün, məqsədyönlü siyasət nəticəsində bütün sahələrdə böyük uğurlar əldə edib. İqtisadi nailiyyətlər hərbi qüdrətimizin artmasına geniş imkanlar yaradıb. Məhz ordu quruculuğunun ən yüksək formada həyata keçirilməsi, hərbi birləşmələrin müasir silahlarla təmin olunması 44 günlük Vətən Müharibəsində erməni terrorçu dəstələrinin məhv edilərək, torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələndi. Ermənistanın imzaladığı təslimçilik aktı Qarabağda 23 saat 47 dəqiqə davam edən və separatçıların ağ bayraq qaldırması ilə yekunlaşdı. Dövlətimiz separatçılığı tamamilə ləğv etdi. Artıq separatçılar Azərbaycanın bütün şərtlərini qəbul ediblər. Yevlaxda baş tutan müzakirələrin ab-havası da bunu deməyə əsas verir.
Ölkəmizdə separatçı, cinayətkar ünsürlərə yer ola bilməz
Azərbaycan Prezidenti, Yenilməz Sərkərdə, Ali Baş Komandan İlham Əliyev dəfələrlə çıxışlarında qeyd etmişdir ki, ölkəmiz öz ərazilərində hansısa separatçı birləşmələrin mövcudluğuna dözməyəcək: “Prezident İlham Əliyevin bu il mayın 28-də Laçın rayonu sakinləri ilə görüşdə bildirdiyi kimi: "Miatsum” kitabı bağlandı, separatizmin kitabı bağlandı. Müstəqillik xülyası statusun dalınca getdi. Statusu isə biz hələ İkinci Qarabağ müharibəsi zamanı göndərmişik lazım olan yerə. Ona görə yeganə yol qalıb - Azərbaycan qanunlarına tabe olmaq, Azərbaycanın loyal normal vətəndaşı olmaq, öz saxta “dövlət atributları”nı zibil yeşiyinə atmaq, “parlament”i buraxmaq. Guya orada “parlament” fəaliyyət göstərir, guya orada “prezident” var, guya “nazir” var, bunlar hamısı gülməlidir. Biz, sadəcə olaraq, dözüm göstəririk. Halbuki, hər kəs yaxşı bilir ki, bu gün o bölgədə istənilən əməliyyatı keçirmək üçün hər bir imkanımız var. Ona görə “parlament” buraxılmalıdır, özünü “prezident” adlandıran ünsür təslim olmalıdır, bütün “nazirlər”, “deputatlar” və digərləri öz vəzifələrini artıq kənara qoymalıdırlar. Ancaq o təqdirdə onlara güzəşt oluna bilər. Ancaq o təqdirdə hər hansı bir amnistiyadan söhbət gedə bilər”. Lokal antiterror əməliyyat tədbirlərinin aparılması da onu təsdiq etdi ki, ölkəmizdə hər hansı separatçı, cinayətkar ünsürlərə yer ola bilməz. Başlarını qaldıranlar dəmir yumruqla ciddi şəkildə cəzalanacaqlar. Ermənipərəst dairələr və Ermənistana hərbi, siyasi dəstək göstərən Fransanın lokal xarakterli antiterror əməliyyat tədbirlərinə müxtəlif formada don geyindirib, hay-küy qaldırmaları sabun köpüyündən başqa bir şey deyil. Azərbaycan azad, müstəqil dövlət olaraq öz ərazisində istənilən tədbiri özünün verdiyi qərar əsasında həyata keçirmək haqqına malikdir. Fransanın Qarabağdakı erməni separatçılarının vəziyyəti ilə bağlı BMT Təhlükəsizlik Şurasının iclasını çağırması da heç bir işə yaramayacaq. Necə ki, avqustun 16-da belə bir nəticəsiz iclas keçirilmişdir. BMT Baş Assambleyasının yığıncağında da Azərbaycanın ədalətli mövqeyini birlik ölkələri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizlə bağlı çıxışını alqışlarla cavablandırmışdılar.
Fuad Qəhrəmanlı özünü ağıllı göstərməyə çalışır
Diqqətçəkən məqamlardan biri də ondan ibarətdir ki, dağıdıcı müxalifət də erməni revanşistləri kimi düşünür, Makronsayağı mövqe ifadə edirlər. Qısaca desək, nala-mıxa vuran fikirlər səsləndirirlər. Məsələn, deyir ki, indi qaldı Rusiya "sülhməramlılarını" da Qarabağdan yola salmaq: “O da həll olunduqdan sonra nəhayət, 35 illik erməni separatçılıq avantürası bitmiş olacaq və regiona daimi sülh gələcək”. Ə.Kərimli bu cür statusu ilə göstərməyə çalışır ki, sabah “Rus sülhməramlılar niyə orada qalırlar” , “Dövlət Rus sülhməramlılarını Qarabağda çıxarmamaqla Qərbin maraqlarını zərbə altına alır” , “Rus sülhməramlıları Xankəndidə suverenliyimizin bərpasına mane olur” və bu kimi digər cəfəng iddialarla Sevinc Osmanqızının, Qənimət Zahidin TV-lərində çıxışlar edəcək. Yəni, indidən sayıqlamaq üçün mövzu tapıb. Eləcə də Əli Kərimlinin digər trolları da qeyri-ciddi, əsassız fikirlərlə çıxış edirlər. Elələri də var ki, özlərini ağıllı göstərməyə çalışırlar. AXCP sədrinin müavini Fuad Qəhrəmanlı boyuna və gövdəsinə uyğun gəlməyən təkliflər səsləndirir. Bir neçə bənddən ibarət ideya irəli sürür. Bildirir ki, Yevlaxda keçirilən müzakirələrin kapitulyasiya ilə yekunlaşması üçün erməni tərəfi ilə aşağıdakı məsələlər razılaşdırılmalıdır. Sonra da başlayır, təkliflərini qeyd etməyə. Lakin bu gerizəkalı hələ də başa düşmür ki, artıq separatizm yoxdur, silahlılar tamamilə ləğv edilib, əksər terrorçubaşlar qaçıblar. Bütün bunlar elə kapitulyasiya deyilmi? Təbii ki, kapitulyasiyadır.
Natiq Adilov elə Arayik və Vardanyan kimi düşünür və fikirlərini də ö cür ifadə edir
AXCP RH-nin üzvü Natiq Adilov isə elə Arayik və Vardanyan kimi düşünür və fikirlərini də o cür ifadə edir. Utanmazcasına deyir ki, Azərbaycanın suverenliyi hələ bərpa edilməyib: “Gün o gün olsun bu da baş versin. Lakin bizim hədəflər daha iri olmalıdır. Hətta tarixi Azərbaycan torpaqları deyilən şimaldakı, cənubdakı əraziləri də özümüzə qatıb böyük Azərbaycan qursaq və orada insan ləyaqətinə, hüquqlarına hörmət etməyən, görməmiş, talançı, saxtakar, korrupsioner idarəetmə olacaqsa, bu, qara qəpiyə dəyməyən bir hadisədir”.
Bu xarici maraqlı dairələrin ələ alınan ucuz məxluqu baş düşümür ki, əgər Laçın sərhəd və kömrük məntəqəsi qurulubsa və lokal antiterror əməliyyatlarından sonra erməni separatçıları ağ bayraq qaldırıblarsa, deməli, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi heç bir mübahizə mövzusu olmadan bərpa olunub. Bu gün-sabah isə Xankəndidə və digər ərazilərdə Azərbaycanın üçrəngli bayrağı qaldırılacaq. Buna heç bir kəsin o cümlədən də, Əli Kərimlinin və onun troll dəstəsinin üzvü N.Cəfəlinin şübhəsi olmasın. O ki qaldı N.Cəfəlinin uzaqlara hesablanan arzularına, o da olacaq. Sadəcə, zamana ehtiyac var.
İ.ƏLİYEV