PDF Oxu

Siyasət

  • 1 813

“Fuad Qəhrəmanlı kimilərinin vicdandan danışmağa haqqı çatmır” MÜNASİBƏT

image

“Hayların haqq-ədalətdən danışmağa nə qədər mənəvi haqqı çatırsa, Fuad Qəhrəmanlı kimilərinin vicdandan danışmağa da o qədər haqqı çatır”. Bunu SİA-ya açıqlamasında "Azadlıq Hərəkatçılar Birliyi"nin sədri Təhmasib Novruzov deyib.

Onun sözlərinə görə, Fuad haqqında uzun-uzadı nəsə demək istəmirəm: “AXC-ni yaradan gerçək milli ruhlu insanların hamısını Əli Kərimlə təşkilatdan kənarlaşdırıb, bu qurumu siyasi alver yuvasına döndərib. Milli mənafeləri xaricdə olan anti-Azərbaycan qüvvələrə satan birisinin vicdan adı çəkməyə belə haqqı çatmır. Bu gün Azərbaycanın qələbələrini, iqtisadi, hərbi inkişafını, beynəlxalq aləmdə nüfuzunun artmasını həzm edə bilməyənlərin fitvası ilə hər cür antimilli oyunlar oynayan adamın vicdandan danışması, sadəcə, gülüncdür”.

Digər xəbərlər