PDF Oxu

Siyasət

  • 4 189

Qarşıya qoyulmuş hədəflər qısa zamanda həll olundu ŞƏRH

Qarşıya qoyulmuş hədəflər qısa zamanda həll olundu ŞƏRH

44 günlük Vətən Müharibəsi nəticəsində Azərbaycan hərbi yolla işğal altında olan torpaqlarını azad edə biləcəyini bütün dünyaya nümayiş etdirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şəhidlərimizin qanı bahasına qazandığımız qələbə ilə yenilməz Ermənistan ordusu, ermənilərin cəsurluğu, igidliyi mifinə birdəfəlik son qoyuldu. Lakin 10 noyabr üçtərəfli bəyanatına zidd olaraq, Ermənistan siyasi rəhbərliyi suveren ərazilərimizdə seperatçı qüvvələrə dəstək olaraq, sülh prosesinin gedişatına əngəl törədirdilər. Son bir neçə ayda isə təxribatlar intensiv xarakter almış, Qarabağ bölgəsinə müxtəlif zirehli texnika, silah-sursat daşınmağa başlanmışdı. Təbii ki, Azərbaycan siyasi rəhbərliyi prosesləri yaxından izləyirdi. Bu təxribatlara ordumuz tərəfindən adekvat cavab tədbirləri görülməyə başlandı. Antiterror əməliyyatlarının aktiv şəkildə başlamasında erməni kəşfiyyat-diversant qruplarının basdırdığı minanın partlaması nəticəsində bir sıra mülki şəxslərin və hərbi qulluqçularımızın həlak olması və yaralanması olmuşdur. Sentyabrın 19- u ordumuz antiterror əməliyyatlarına başlayır, seperatçıların müdafiə sistemi tamamilə məhv edilir. Silahlı qüvvələrimiz əməliyyatlar zamanı mülki əhalini hədəfə almır, yalnız hərbi infrastrukturları hədəf götürüb. Cəmi 24 saat ərzində terror qruplaşmaları kompromisə getməyə məcbur oldular. Ermənistan siyasi rəhbərliyi yaxşı bilirdi ki, Azərbaycan dövləti yalnız seperatçı qüvvələrin suveren ərazilərimizi tərk edəcəyi halda mübarizəni dayandıracaq. Artıq çıxış yolu olmadığını görən separatçı qüvvələr danışıqlara məcbur oldu. Danışıqların beynəlxalq müstəvidə məsələlərin həll olunduğu şəhərlərdə deyil, məhz Yevlax şəhərində keçirilməsi maraqlı məqamlardan biri oldu. Ermənistanın I Qarabağ müharibəsində Yevlaxa qədər əraziləri işğal etməyi planlaşdırması, 44 günlük Vətən müharibənin ilk günlərində də erməni təbliğat maşınının “Azərbaycanı Yevlaxa qədər qovmuşuq” iddiaları irəli sürməsinin cavabı çox gözəl şəkildə verilmiş oldu və ermənilərin taleyi rəsmi Bakının verdiyi qərarlar Yevlaxda onlara çatdırıldı. Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır. Azərbaycan Ordusunun Qarabağda başladığı lokal xarakterli antiterror tədbirlərinin qısa müddətdə öz müsbət nəticəsini verməsi, separatçıların təslim olması, qarşıya qoyulan hədəflərə qısa zaman kəsiyində nail olunması fonunda bölgəmizdə yeni vəziyyətin yaranmasının nəticəsi olaraq deyə bilərik ki, Qarabağda yaşayan erməni əhalisi Azərbaycan dövlətinin qanunları çərçivəsində rahat yaşaya bilərlər. Cənab Prezidentin xalqa müraciətində qeyd etdiyi kimi, bundan sonra Azərbaycanın suveren ərazisinə, torpağına göz dikənlər bilsinlər ki, “dəmir yumruq” yerindədir və hər zaman yerində olacaqdır!

Fuad Həbibzadə

YAP Yasamal rayon təşkilatının məsləhətçisi

Digər xəbərlər