PDF Oxu

Siyasət

  • 11 842

Neftçilər Günü münasibətilə Balaxanı Əməliyyat Şirkəti ərazi partiya təşkilatında tədbir keçirilib FOTOLAR

Neftçilər Günü münasibətilə Balaxanı Əməliyyat Şirkəti ərazi partiya təşkilatında tədbir keçirilib FOTOLAR

20 sentyabr Neftçilər Günü münasibətilə Balaxanı Əməliyyat Şirkəti (BOC LTD) ərazi partiya təşkilatında tədbir keçirilib.Tədbirdə YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov, millət vəkili Əliabbas Salahzadə, Balaxanı Əməliyyat Şirkətinin vitse-prezidentləri Əli Həsənli, Əhməd Kələşov, ərazi partiya təşkilatının sədri Kərim Aşurov, qocaman neftçi Telman Cəfərov və digər nümayəndələr iştirak ediblər. Dövlət Himni ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbiri giriş sözü ilə açan YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov ilk öncə 20 sentyabr Neftçilər Günü münasibətilə peşə sahiblərini təbrik edərək onlara uğurlar arzu edib. Araz Xudadanov bildirib ki, respublikamızın regionun ən qüdrətli dövlətlərindən birinə çevrilməsində Azərbaycan neftçilərinin böyük əməyi, müstəsna xidmətləri olub. 1994-cü il sentyabrın 20-i xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və bütün dünyada "Əsrin müqaviləsi" adı ilə tanınmış neft kontraktları imzalandı. Bu kontraktlar müstəqil Azərbaycanın dinamik inkişafının əsasını qoydu. Məhz bu tarixi addımla müstəqilliyini bir daha sübut edən Azərbaycan öz sərvətlərinə tam sahib olduğunu bütün dünyaya nümayiş etdirdi. Araz Xudadanov həmçinin qeyd edib ki, sentyabrın 19-da Qarabağ iqtisadi zonasında antiterror əməliyyatının başlanması və bir gün ərzində uğurla başa çatması nəticəsində Azərbaycan öz suverenliyini bərpa etdi. Ölkəmizin qısa müddətdə təmin etdiyi qələbə yenilməz ordumuzun malik olduğu imkanların növbəti təqdimatı oldu. Bu qələbəmiz sübut etdi ki, Azərbaycanın müstəqilliyinə, suverenliyinə qarşı bütün təxribatların qarşısı qətiyyətlə alınır və alınacaq.

Çıxış edən millət vəkili Əliabbas Salahzadə, Balaxanı Əməliyyat Şirkətinin vitse-prezidenti Əli Həsənli, qocaman neftçi Telman Cəfərov bildiriblər ki, Ulu öndər Heydər Əliyevin neft strategiyası bu gün cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Həmçinin qeyd olundu ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaranmış YAP-ın ötən illər ərzində dövlətçiliyimizin möhkəmlənməsində, Azərbaycan cəmiyyətinin inkişafında və yeniləşməsində müstəsna xidmətləri olub. Bu gün ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dinamik inkişaf edir. Tədbirin sonunda bir qrup neftçiyə Fəxri Fərman və Yeni Azərbaycan Partiyasının üzvlüyünə yeni qəbul olan gənclərə partiya vəsiqələri təqdim olunub.

Digər xəbərlər