PDF Oxu

Siyasət

  • 3 004

Azərbaycan torpaqlarından əbədi silinən erməni xülyası ŞƏRH

image

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətinin proritet istiqamətlərindən olan dövlətimizin suverenliyinin və ərazi bütövlüyümuzün toxunulmazlığını və təhlükəsizliyini nəzərdə tutur. Prezident bütün beynəlxalq təşkilatlarda etdiyi çıxışlarında Azərbaycanın heç bir başqa ölkənin ərazilərində gözü yoxdur və eyni zamanda da, biz öz torpaqlarımızın bircə qarşını belə heç kimə pay vermək niyyətində deyilik. Ermənistanın 30 il ərzində Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxladığı bu faktla barışmayacağını və sülh yolu ilə torpaqlarımızın geri qaytarılması baş verməyəcəyi təqdirdə buna müharibə yolu ilə nail olacağımızı dəfələrlə bəyan etmişdi. Təəssüflər olsun ki, nə Ermənistan, nə də onun xarici havadarları bu xəbərdarlığı nəzərə almayaraq Azərbaycanın haqlı mövqeyini qeyri ciddi qəbul edridilər. Rəsmi İrəvan xarici qüvvələrin Azərbaycana təsir göstərə biləcəklərinə, ölkəmizi işğal faktı ilə barışdıracaqlarına elə inanmışdı ki, artıq hətta rəsmi danışıqlarda “Qarabağ Ermənistandır və nöqtə” kimi absurd şüarlar belə səsləndirməkdən çəkinmirdi. Amma Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağın əslində kimə məxsus olduğunu 2020-ci ilin noyabr ayında Ali Baş Komandanın “Dəmir Yumruq” əməliyyatı ilə son qoyuldu. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan ordusu 44 günlük Vətən müharibəsində düşmənin böyük ermənistan ordusu mifini yerlə yeksan edərək darmadağın etdi.Azərbaycan Vətən müharibəsi ilə gücünü nəyin ki, Ermənistana hətta bütün dünyaya nümayiş etdirərək sübut etdi.Bu muharibə təkcə Azərbaycan hərb tarixinə deyil, dünya hərb tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan öz torpaqlarını işğaldan azad etdi, Qarabağ münaqişəsi başa çatdı. Bununla Qarabağda yaşayan ermənilərin, orada yaradılmış qondarma separatçı rejimin hansısa status barədə xəyalları da tarixin zibilliyinə gömüldü. Yeni reallıqlar fonunda bu gün Ermənistan üçün ən əlverişli variant əlbəttə ki, 10 noyabr 2020-ci il tarixində imzaladığı üçtərəfli Bəyanatın şərtlərinə təcili əməl etmək və Azərbaycanla sülh sazişini mümkün qədər tez imzalayaraq öz gələcəyini qurmaq barədə düşünməyə başlamaq idi. Amma biz bunun əksinin müşahidə etdik. Nə şəxsi ambisiyalar, nə ölkə daxilindəki separatçı-revanşist qüvvələr, nə də xarici havadarlar buna yol vermədilər. Azərbaycana qarşı yeni iddialar və təxribatlar regional sülhün əldə olunması yolunda ciddi manelər törədirdilər. Bu vəziyyətin gərginləşməsi əlbətdəki daim hazırlıqlı olan Azərbaycanın dəmir yumruğunun ermənilər üçün zərbəsini qaçılmaz etdi.

2023-cü ilin 19-20 sentyabr tarixlərində cəmi 23 saat 43 dəqiqə sürən Azərbaycanın həyata keçirdiyi antiterror əməliyyatlarının və Qarabağda separatçı qondarma rejimin tərkisilah edilməsinin və təmizlənməsini zəruri etdi. Qaçılmaz olan müharibə oldu və separatçıların tam məğlubiyyəti və erməni ordunusun darmadağın olması ilə sona çatdı. Erməni tərəfi əlbəttə ki, nizamlı və güclü Azərbaycan ordusu qarşısında tab gətirə bilməyərək təslim olaraq ağ bayraq qaldırdı. Azərbaycan öz dədə-baba torpaqlarını azad edərək, ərazisində hansısa ikinci bir erməni dövlətinin, yaxud hansısa xüsusi statusa malik bir qurumun yaradılması mifini də məhv elədi. Qeyd etməliyəm ki, son 3 il ərzində Ermənistan faktiki olaraq ikinci dəfə kapitulyasiya aktını imzaladı. Sentyabrın 20-də Ölkə Prezidenti cənab İlham Əliyev xalqa etdiyi müraciətində Ermənistanın son üç ildə Azərbaycana qarşı həyata keçirdiyi çoxsaylı diversiya aktları barədə açıqlamalar təqdim etdi. Mühüm faktlara əsaslanan dövlət başçımız qeyd etdi ki, İkinci Qarabağ müharibəsi başa çatandan sonra bu günə qədər 300-dən çox Azərbaycan vətəndaşı mina terrorunun qurbanı olmuşdur, ya da ki, ağır yaralanmışdır. Laçın sərhəd-buraxılış məntəqəsi qurulana qədər İkinci Qarabağ müharibəsindən sonra Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz olaraq minalar gətirilmiş və müxtəlif yerlərdə basdırılmışdır. Ən son, sentyabrın 19-da törədilmiş terror aktı nəticəsində də 6 nəfər Azərbaycan vətəndaşı həlak olmuşdur. Xalqımız, dövlətimiz bütün bunlara hələ nə qədər dözməli idi? Buna görə də Azərbaycan öz legitim hüququndan istifadə edərək dərhal lazımi addımlar atdı və düşməni layiqincə cəzalandırdı. Lakin yenə də Azərbaycan Prezidenti ali humanizm nümunəsi göstərərək ordumuza mülki əhaliyə qətiyyən ziyan vurulmaması barədə ən ciddi şəkildə tapşırıqlarını verdi. Azərbaycan hərbçiləri yüksək peşəkarlıq nümayiş etdirərək Qarabağ bölgəsində yaşayan erməni əhalisinin zərbə altına düşməmələrini təmin etdilər. Antiterror tədbirlərinin gedişində mülki infrastruktura da heç bir zərbə dəymədi, yalnız separatçıların hərbi infrastrukturları sıradan çıxarıldı. Cəmi bir sutka davam edən əməliyyatlar düşmənin ağ bayraq qaldıraraq təslim olması ilə nəticələndi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xarici və daxili geosiyasi addımları Azərbaycanın yüksək təminatlı və güclü gələcəyinə hesablanmışdır. Bizlər də, bu güclü gələcəyin həyata keçməsi üçün əlimizdən gələni etməli və cənab Prezidentin ətrafında sıx birləşərək yumruğumuzu bir nöqtəyə vurmalıyıq.

Fərid Mustafayev

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər