Siyasət

  • 4 231

Azərbaycan öz suverenliyini bərpa etdi ŞƏRH

image

30 il əvvəl Ermənistan soyqırım törədərək, 1 milyona yaxın azərbaycanlını öz evlərindən qovub. Ermənistan, Azərbaycan Respublikasının suveren ərazisinin 20 faizini işğal altında saxlamışdır. 30 il ərzində Azərbaycan ədalətin, beynəlxalq hüququn bərpa olunmasını gözləyirdi, ərazi bütövlüyünün bərpa olunmasını gözləyirdi.

2020-ci ildə 44 günlük Vətən Müharibəsi baş verdi və Azərbaycan ərazisinin böyük hissəsini erməni işğalından azad etdi və öz suverenliyini həmin ərazilərdə bərpa etdi. Həmin ərazilərə baxdıqda erməni vandalizminin nəticələrini görə bilərik. Mən 2022-ci ildə Ağdama səfər etmişəm və dağıdılmış, yer ilə yeksan olmuş evləri öz gözlərimlə şahidi olmuşam. Ağdam həqiqətən “Qafqazın Hiroşimasıdır”. 10 min kv. metrdən çox ərazimiz darmadığın edilib, minalar basdırılıb, 900 kənd, 7 şəhər tamailə məhv olub. O evlərin hamısı azərbaycanlılara məxsus idi. Biz o torpaqları dirçəldəcəyik, yenidən bərpa edəcəyik.

44 günlük Vətən müharibəsi 2020-ci ilin noyabrın 10-u bitmişdir və müharibədən dərhal sonra sülh sazişi imzalamaq üçün öz təkliflərimizi vermişdik. Biz ümid edirdik ki sülh tezliklə regiona geri dönəcək. Növbəti illər ərzində Azərbaycan çalışırdı ki danışıqlar aparsın, diplomatik əlaqələrin normallaşması haqqında danışıqlar aparılırdı. 2020-ci ildə imzalanmış bəyannaməyə əsasən Ermənistan Azərbaycandan bütün silahlı qüvvələrini çıxarmalı idi.

Təəssüf ki, Ermənistan söz verməyinə baxmayaraq, onun üzərinə düşmüş öhdəlikləri yerinə yetirə bilmədi və 10 minə yaxın erməni əsgəri Qarbağda qaldı. Onların orada olması bizdə narahatlıq doğururdu və regionda qeyri-stabillik hökm sürürdü. Bizim sivil vətəndaşlarımız terrora məruz qalmışdılar. Bir neçə gün öncə 6 Azərbaycan vətəndaşı təzə basdırılmış minaların qurbanı olmuşdurlar. Həmin minalar Ermənistan silahlı qüvvələrinin təxribat qrupları tərəfindən yerləşdirilmişdirlər. Buna cavab olaraq biz lokal antiterror tədbirlərinə start verdik və bu tədbirlər heç bir gün də çəkmədi. Qüdrətli Azərbaycan ordusu qarşısında aciz qalmış erməni silahlı birləşmələri təslim oldular. Görülmüş tədbir zamanı ancaq legitim hərbi obyektlər və infrastrukturlar dəqiq və müasir silahlarla sıradan çıxarılırdı. Mülki şəxslərə hər hansı ziyan dəyməməsi üçün bütün tədbirlər görülmüşdür. Ermənistanın baş naziri qeyd etdi ki, Qarabağda yaşayan erməni əhalisinə qarşı birbaşa təhlükə yoxdur. Azərbaycan Qarabağda yaşayan ermənilərin bütün hüquq və təhlükəsizliyinə malik, bərabərhüquqlu Azərbaycan vətəndaşları kimi tam reinteqrasiyasını təklif edir. Azərbaycan orada yaşayan gələcək erməni əsilli vətəndaşlarına bütün hüquqları, mədəni, dini, bələdiyyə, seçki və Azərbaycanın bütün digər vətəndaşlarının istifadə etdiyi bütün hüquqları verməyə hazırdır.

Prezident cənab İlham Əliyev xalqa olan müraciətində qeyd etdi ki, biz erməni vətəndaşlarımızla birgə yeni gələcək quracağıq. Yevlax şəhərində baş tutmuş pozitiv və produktiv görüşdə erməniləri təmsil edən şəxslər də var idi. Onlar tərəfindən olunan müraciətdə humanitar yardıma ehtiyac duyulurdu. Yanacaq, yemək və başqa humanitar yardımlar göndərildi. Düşünürəm ki, artıq münaqişə səhifəsi bağlanıb. Artıq Cənubi Qafqazda sülh erası başlayır. Ümid edirəm ki, tezliklə beynəlxalq hüququn prinsiplərinə uyğun olan sülh sazişi imzalanacaq. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev xalqa sonuncu müraciətində regiondan mərkli məqsədlər üçün istifadə etmək istəyənlərə bir daha açıq xəbərdarlıq etdi ki, dəmir yumruq yerindədir. Bu günün reallığı göstərir ki, Qafqazda real və praktiki sülhə, məhz İlham Əliyev nail olacaq. Allah ordumuzu qorusun! Uca Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirəm! Allah Prezidentimizi qorusun! Hər birimiz onunla fəxr edirik! Ondan güc alırıq, onunla nəfəs alırıq!

Rəfael Nəbizadə

YAP Yasamal rayon təşkialtının fəalı

Digər xəbərlər