Ordumuz 44 günlük İkinci Vətən müharibəsi doğma Qarabağımızı, işğal altında qalan əzəli-əbədi torpaqlarımızı düşmən caynağından azad etdi, ölkə Prezidentimizin “Qarabağ Azərbaycandır, nida işarəsi” Soçi möhürünü birdəfəlik təsdiq etdi.
Sentyabrın 27-də işğalçı Ermənistan hakimiyyətinin həyata keçirdiyi işğalçılıq planlarına Ali Baş Komandanın əmri ilə Azərbaycan Silahlı Qüvvələri tərəfindən başladılan əks-hücum əməliyyatları sayəsində tarixi Zəfərimizlə son qoyuldu. Ölkə Prezidenti cənab İlham Əliyevin 17 illik hakimiyyəti dövründə həyata keçirdiyi son dərəcədə müdrik, uzaqgörən, balanslaşdırılmış siyasət nəticəsində işğalçı Ermənistanın, mənfur düşmənin bu illər ərzində sinsi-sinsi həyata keçirdikləri təcavüzkar, məkrli planları alt-üst oldu. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Ordumuz, qəhrəman əsgərlərimiz düşmən tapdağı altında qalan müqəddəs torpaqlarımızın yarasına məlhəm çəkdi, elimizə, obamıza möhtəşəm Qələbəni ərməğan etdi, yurdundan didərgin düşən yüz minlərlə soydaşlarımızın doğma ata-baba yurduna qayıdış ümidlərini reallığa çevirdi.Düşmən bu illər ərzində insanlığa sığmayan hərəkətləri, vəhşilikləri ilə Şuşanı, Laçını, Kəlbəcəri, Ağdamı, Qubadlını, Cəbrayılı ümumiyyətlə, Qarabağı xalqımızın qəlbindən söküb ata bilmək üçün dayanmadan çalışdı, işğal etdiyi bütün yurdlarımızı viran elədi, daşı daş üstündə qoymadı, təbiətimizə qənim kəsildi, yeraltı-yerüstü sərvətlərimizi taladı, tarixi, maddi-mədəni abidələrimizə, musiqimizə göz tikdi. Azərbaycanın tarixi torpaqlarından əsl sahibindən heç bir nişanə qalmaması üçün min cür fırıldaqlara əl atdılar. Elə bildilər ki, Azərbaycan xalqı bir daha öz ata-baba yurdlara dönməyəcək. Düşmən anlaya bilməmişdir ki, 30 illik uzun bir ayrılıq belə Azərbaycan xalqının qəlbindən, könlündən Qarabağ sevdasını çıxarıb, ata bilməz. Axı, Qarabağ Azərbaycandır. Azərbaycan xalqı əzm, iradə, cəsarət göstərərək bütün bu təxribatlara sinə gərdi. Prezident İlham Əliyevin 44 günlük İkinci Qarabağ müharibəsi dövründə xalqa müraciətlərinə diqqət yetirdikdə çağırışlarının, mesajlarının mahiyyətində bu məqam dayanırdı ki, bizi heç kim və heç nə dayandıra bilməz. Azərbaycan ədalət, ləyaqət, milli qürur savaşına çıxıb. “Müharibədə tarixi Zəfərimiz milli ləyaqətimizi, qürurumuzu, kimliyimizi özümüzə qaytardı”Vətən müharibəsində qəhrəmanlıq göstərmiş hərbçilərimizlə, əsgər-zabitlərimizlə fəxr edirik. Onların qəhrəmanlığı, fədakarlığı heç vaxt unudulmayacaq. Biz bütün dünyaya göstərdik ki, Azərbaycan xalqı böyük xalqdır. 44 gündə təkcə ərazi bütövlüyümüzü bərpa edib, düşməni öz torpağımızdan qovmadıq. Eyni zamanda, erməni faşizmini məhv etdik. Müharibədən sonra Qarabağa gələn hər kəs erməni vəhşiliyinin təzahürünü aydın şəkildə görə bilər. Şəhərlərimizin necə yerlə -yeksan edildiyi, tarixi və mədəni abidələrimizin necə dağıdılaraq təhqir edildiyi göz önündədir. Ona görə də dövlət başçısı bu Qələbəni faşizm üzərində əldə edilən Qələbə adlandırıb.
Bu günümüzün reallığı budur ki, artıq müharibə arxada qalıb, Dağlıq Qarabağ deyilən ərazi vahidi yoxdur, işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işlərinin miqyası günbəgün genişlənir. Azərbaycan bu addımı ilə bir daha qurucu, yaradıcı xalq, dövlət, ən əsası bu torpaqların sahibi olduğunu nümayiş etdirir. Zəfərimizin yaratdığı reallıqlar fonunda diktə edən tərəf kimi Azərbaycan irəli sürdüyü təşəbbüsləri, gündəmə gətirdikləri əməkdaşlıq formatları ilə regionda sülhü, təhlükəsizliym möhkəmləndirəcək, dayanıqlı inkişafa böyük töhfələr verəcək.Vətən müharibəsində qəhrəmancasınadöyüşmüş, Azərbaycan bayrağını işğaldan azadedilən torpaqlarımızda dalğalandırmış, ölkəmizinərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər vəzabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiraməlaməti olaraq Prezident İlham Əliyev 27 sentyabr – Vətən müharibəsinin başladığı günün AzərbaycanRespublikasında Anım Günü kimi qeyd olunması iləbağlı Sərəncam imzalamışdır. Bu addım şəhidruhlarına, şəhidlərin doğmalarına ali ehtiramıngöstəricisidir.Qələbənin 3-cü ilində, həqiqətən də Azərbaycanxalqı, uşaqdan böyüyə hamı sevinc içindədir. Bu sevinci bizlərə bəxş edən, Vətən uğrunda döyüşərəkcanlarından keçən Şəhidlərimizə, Qazilərimizəborcluyuq. Bundan sonra hər birimiz Şəhidlərimizinruhunu şad etmək üçün Vətən naminə öz mövqeyimizi səngər edib, doğma Azərbaycanımıznaminə çalışmalıyıq.Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır və bundan sonra da müzəffər xalq, qalibdövlət kimi əbədi yaşayacaq. 44 günlük Vətənmüharibəsində Zəfər Günü Xeyirin Şər üzərindəqələbəsi və tarixi ədalətin təntənəsidir. Xalqın “dəmiryumruq”da birləşərək düşmənə zərbə vurması tarixinəbədi yaddaşına yazılmışdır. Ali Baş Komandanın“Qarabağ Azərbaycandır!” şüarı altında birləşənxalqın qəhrəmanlığı dünyaya bizim birliyimizi, iradəmizi və əzmkarlığımızı nümayiş etdirmişdir. Vətən uğrunda şəhid olanlar əsla unudulmayacaq, çünki onlar özlərindən sonrakı nəsil üçün silinməz, unudulmaz dastan yazdılar.
Nicat İsmayılov
YAP Yasamal rayon “Akim Abbasov küç. 73 E” ünvanı üzrə ərazi partiya təşkilatının sədri