PDF Oxu

Siyasət

  • 1 644

Vətən müharibəsi şəhidinin anım günündə xatirəsi yad edildi FOTOLAR

Vətən müharibəsi şəhidinin anım günündə xatirəsi yad edildi FOTOLAR

Sentybar ayının 27-də Biləsuvar rayonunun Əsgərabad kəndində şəhid Abıyev İlkin İslam oğlunun anım günü ilə əlaqədar ailələsi ziyarət olundu. Ziyarətdə YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, partiya fəalları, şəhid valideyinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə qəhrəman şəhidimizin şərəfli döyüş yolundan söz açılmış xatirəsi yad edilmişdir. İştirakçılar bildirmişlər ki, Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsi daima əziz tutulacaq, dövlətimiz hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacaqdır.

Daha sonra kənd qəbiristanlığında şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub.

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid Abıyev İlkin İslam oğlu ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib. Hazırda Əsgərabad kənd küçələrindən biri – şəhidin yaşadığı küçə İlkin İslam oğlu Abıyevin adınadır.

Allah rəhmət eləsin!

Digər xəbərlər