PDF Oxu

Siyasət

  • 1 439

"İki türk dünyası lideri Naxçıvanda daha bir tarixi hadisəni yaddaşlara yazdırdı" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"İki türk dünyası lideri Naxçıvanda daha bir tarixi hadisəni yaddaşlara yazdırdı" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Ötən günlərdə qardaş ölkənin prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Naxçıvana səfəri heç də təsadüfi deyildi. Həm də Azərbaycanın Qarabağda seperatçılarla mübarizə tədbirinin getdiyi bir dövrdə bu səfərin olmasının xüsusi bir əhəmiyyəti var". Bu sözləri SİA-ya açıqlamasında deputat Müşfiq Cəfərov deyib.

Onun sözlərinə görə, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası çox mürəkkəb, çətin və keşməkeşli tarixi inkişaf yol keçmişdir: "Vaxtilə coğrafi cəhətdən ölkəmizin mərkəzi ərazilərindən olan Naxçıvan 20-ci əsrin əvvəllərində Azərbaycandan ayrı düşmüş, onunla sərhəd ərazisini itirmişdir. Həmin illərdə müəyyən qüvvələr Naxçıvanı Ermənistana vermək, bununla türk dünyasının bir-biri ilə əlaqəsini kəsmək niyyətində idi. Məhz bu gün iki türk liderinin xarici güclü siyasətinin nəticəsi olaraq Naxçıvan türk dövlətlərini bir-birinə birləşdirəcəkdir".

Deputat sözlərinə belə davam edib: "Ermənistanın Naxçıvan diyarına olan iddialarının artdığı bir dövrdə türk ordusu Naxçıvana gələrək erməni özbaşınalığının qarşısını almaq üçün əhaliyə köməklik göstərmişdi. Naxçıvanda Türkiyənin nəzarəti güclənməsi erməni daşnakları və müttəfiqlərinə sarsıdıcı zərbə oldu. Bu gün qardaş ölkə prezidenti Ərdoğanın məhz türk birliyinin işğaldan qoruduğu torpaqlara səfəri həm də ciddi mənəvi məna kəsb edir.

İki türk dünyası lideri Naxçıvanda daha bir tarixi hadisəni yaddaşlara yazdırdı. İğdır-Naxçıvan qaz kəmərinin təməli qoyuldu. Sentyabrın 25-də təməli qoyulan İğdır-Naxçıvan qaz kəmərinin bir millətin iki dövləti olan Azərbaycan və Türkiyənin iqtisadi imkanlarını daha da artıracaq.

Deyərdim ki, yeni qaz kəmərinin çəkilişi Türkiyə ilə Azərbaycanın enerji sahəsində ortaqlığını daha da dərinləşdirməklə yanaşı, Naxçıvanın enerji təhlükəsizliyinin təmin olunmasına, həmçinin Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verəcək. İğdır-Naxçıvan qaz kəməri iki qardaş ölkə arasında nəqliyyat, logistika və enerji sahələrindəki əlaqələrini yeni inkişaf mərhələsinə yüksəldəcək".

Ayşən Vəli

Digər xəbərlər