Yasamal rayonunda 27 sentyabr- Anım Gününə həsr olunmuş mərasim keçirilib. Mərasimdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyətinin başçısı Elşad Həsənov, Milli Məclisin deputatları Elnur Allahverdiyev, Erkin Qədirli, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi, YAP Yasamal rayon təşkilatı və Yasamal Rayon İcra Hakimiyyətinin əməkdaşları, Yasamal rayonu hüquq-mühafizə orqanlarının əməkdaşları, ərazi partiya təşkilatlarının sədr və sədr müavinləri, şəhid ailə üzvləri, qazilər, müharibə iştirakçıları və Yasamal rayon ictimaiyyəti iştirak edib. Mərasimdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mərasim iştirakçıları tərəfindən Yasamal rayonu ərazisində yerləşən Şəhidlərin Xatirə Kompleksini ziyarət edilərək abidə önünə gül dəstələri düzülüb, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirələri dərin hörmət və ehtiramla yad edilib. Daha sonra ölkəmizin suvernliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizə ehtiram əlaməti olaraq İkinci Fəxri Xiyabanda şəhidlərimizin məzarları ziyarət edilib. Şəhid ailələrinin üzvləri dövlət səviyyəsində diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirdilər. Daha sonra Təzə Pir məscidində ehsan süfrəsi açıldı. Şəhid ailələrinin üzvləri, qazilər, aztəminatlı şəxslər və ictimaiyyət nümayəndələrinin geniş iştirakı ilə mərasimdə Qurandan ayələr oxundu, şəhidlərin əziz xatirəsi yad edildi.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!