PDF Oxu

Siyasət

  • 2 348

Qubada “Anım Günü” münasibətilə tədbir keçirilib FOTOLAR

Qubada “Anım Günü” münasibətilə tədbir keçirilib FOTOLAR

Vətən Müharibəsində qəhrəmancasına döyüşmüş, üçrəngli dövlət bayrağımızı işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq 27 sentyabr 2023-ci il tarixdə Quba rayonunda “Anım Günü” münasibətilə tədbir keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Vahid Əhmədov, Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri Fidan Hüseynova və kollektivi, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və kollektivləri, hərbçilər, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, ictimai təşkilatların rəhbərləri və kollektivləri, rayonun bütün idarə və müəssisələrinin rəhbərləri və əməkdaşları, din xadimləri və çoxsaylı ictimaiyyət nümayəndələri iştirak etmişlər.

Tədbir Şəhidlərimizin xatirəsinə ağacəkmə aksiyası ilə başlamışdır. Sonra Şəhidlər Xiyabanında şəhidlərimizin məzarları ziyarət olunmuş, onların ruhuna dualar oxunmuş, daha sonra isə tədbirin rəsmi hissəsi keçirilmişdir. Tədbirdə çıxış edən rəsmi şəxslər, şəhid ailələri və qazilər şəhidlərimizin əziz xatirələrinə dərin ehtiramlarını bildirmiş, ölkə rəhbərliyinin və rayon rəhbərliyinin şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərdiyi yüksək diqqət və qayğı barədə ətraflı danışmışlar. Qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə cəmi 44 gün davam edən Vətən savaşında şanlı Azərbaycan Ordusu düşməni diz çökdürərək torpaqlarımızı işğalçılardan təmizləyərək ərazi bütövlüyümüzü bərpa etmişdir. Ali Baş Komandanın iradəsi ilə dəmir yumruğa dönən möhtəşəm xalq bu Zəfəri ilə tarixə qızılı hərflərlə yeni səhifə yazmışdır. Bu dəmir yumruq xalqın gücünü, milli birliyini, vəhdətini, mübarizliyini bütün dünyaya bəyan etmişdir. Saat 12:00-da rayon ərazisində şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Allah bütün Şəhidlərimizə rəhmət etsin!

Digər xəbərlər