PDF Oxu

Siyasət

  • 1 380

YAP-ın gənc fəallarının Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil olunub FOTOLAR

YAP-ın gənc fəallarının Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil olunub FOTOLAR

“Heydər Əliyev İli” ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin qərarı ilə təsdiqlənən Tədbirlər Planı çərçivəsində Ulu Öndərin zəngin dövlətçilik irsinin, əbədiyaşar ideyalarının öyrənilməsi və yeni nəslə aşılanması, xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərinin geniş ictimaiyyətə çatdırılması məqsədilə ardıcıl tədbirlər həyata keçirilir. 27 sentyabr 2023-cü il tarixdə YAP Quba rayon təşkilatı tərəfindən gənc partiya fəallarının iştirakı ilə Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub.

Mərkəzdə müstəqil Azərbaycan dövlətinin memarı, Ümummilli Lider Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyəti haqqında gənclərə geniş məlumat verildi və qeyd olundu ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə dönüşü Azərbaycan gəncliyinin taleyində inqilabi dönüş yaratdı. Gənclərimiz müdrik Liderinin sayəsində həm himayədarı və qayğıkeşini tapdı, həm də ona düzgün yol göstərən, onu ümidsizlikdən xilas edən bir şəxsiyyət gördü. 44 günlük Vətən müharibəsində əldə olunan Böyük Zəfər məhz Ulu Öndər Heydər Əliyev ideyalarının təntənəsi idi. Qeyd olundu ki, 27 sentyabr Vətən müharibəsində canlarını fəda etmiş şəhidlərimizin Anım Günü olması ilə bərabər, həm də Zəfər gününün başlanğıcıdır.

Gənclər eksponat, fotoşəkil və kitablarla tanış olublar.

Sonda xatirə fotosu çəkdirilib.

Digər xəbərlər