Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının aparatı və Səməd Vurğun 83 üzrə (Maliyyə Nazirliyi) Ərazi Partiya təşkilatının fəalları ənənəyə sadiq qalaraq, rayon ərazisində yaşayan bir qrup şəhid və qazi ailələrini ziyarət ediblər. Ziyarətlərdə Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, Səməd Vurğun 83 üzrə Ərazi Partiya təşkilatının sədri, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Maliyyə xidmətləri üzrə siyasət şöbəsinin müdiri Ziyyədin Allahverdiyev, YAP Nəsimi rayon təşkilatının Aparatının əməkdaşları və partiya fəalları iştirak edirdilər. Ziyarətçilər şəhid ailələrinin problemləri ilə maraqlanıb, onlara ərzaq bağlamaları çatdırıblar. Qeyd olunub ki, hər bir şəhid ailəsi, qazilər və Vətən müharibəsinin iştirakçıları daim dövlətimizin və ölkə rəhbərinin qayğısını bundan sonra da hiss edəcəklər.