PDF Oxu

Siyasət

  • 1 736

“Azərbaycan və Türkiyənin növbəti hədəfi Zəngəzur dəhlizinin açılmasına nail olmaqdır” POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

“Azərbaycan və Türkiyənin növbəti hədəfi Zəngəzur dəhlizinin açılmasına nail olmaqdır” POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

“Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvana səfəri olduqca əhəmiyyətli olmaqla yanaşı, bu səfərin məhz lokal antiterror tədbirlərindən sonraya təsadüf etməsi son dərəcədə vacib idi”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

Politoloq bildirib ki, qardaş ölkə Prezidentinin Naxçıvana səfəri Türkiyə-Azərbaycan ittifaqının hansı səviyyədə olduğunu bir daha beynəlxalq aləmə göstərdi: “Hər kəs bir daha gördü ki, Azərbaycanla Türkiyə arasındakı ittifaq daha da böyüyür, güclənir və inkişaf edir”.

İğdır-Naxçıvan dəmir yolunun təməlinin qoyulmasının əhəmiyyətindən söz açan E. Şahinoğlunun sözlərinə görə, sözügedən dəmir yolunun təməlinin qoyulması Naxçıvan üçün çox vacibdir: “Bundan başqa, Naxçıvanda hərbi obyektin açılışı düşmənlərə çox ciddi bir mesaj idi”.

Politoloq qeyd edib ki, Azərbaycan və Türkiyənin növbəti hədəfi Zəngəzur dəhlizinin açılmasına nail olmaqdır: “Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvandan geri dönərkən verdiyi ciddi mesajlarda da bildirdi. O qeyd etdi ki, əgər Ermənistan hakimiyyəti bu məsələnin uzatsa, alternativ layihə var və həmin layihə İrandan keçəcək. Hətta ötən il bununla bağlı Azərbaycanla İran arasında memorandum da imzalanıb. Türkiyə Prezidenti vurğuladı ki, Bakı-Tbilisi-Qars layihəsi də tam gücü ilə işləyir və Ermənistan düşünməsin ki, əgər Zəngəzur dəhlizi açılmasa bu Azərbaycan -Türkiyə ittifaqına mənfi təsir göstərəcək. Alternativ layihənin olmasına baxmayaraq, Zəngəzur dəhlizinin açılması üçün lazımi addımlar atılmalıdır və Türkiyə bu istiqamətdə Azərbaycanla bir yerdə çalışır”.

Gülyanə

Digər xəbərlər