Siyasət

  • 1 440

“Müasir çağırışlar: birgəyaşayışın Azərbaycan nümunəsi”

image

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tərəfindən “Müasir çağırışlar: birgəyaşayışın Azərbaycan nümunəsi” mövzusunda konfrans keçirilib. SİA xəbər verir ki, tədbirdə Dövlət Komitəsinin rəhbərliyi, Azərbaycan Respublikası Milli Məclisinin deputatları, o cümlədən ölkəmizdə fəaliyyət göstərən müsəlman və qeyri-müsəlman dini icmaların nümayəndələri iştirak ediblər.Konfrans zamanı Azərbaycanı müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanıtmaq məqsədi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə hazırlanan “Müasir çağırışlar: Dinlərarası birgəyaşayış” mövzusunda qısametrajlı film nümayiş olunub.Daha sonra açılış nitqi ilə DQİDK sədrinin müavini Səyavuş Heydərov çıxış edib.Milli Məclisin deputatı Elman Nəsirov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Azərbaycan İlahiyyat İnstitunun rektoru Aqil Şirinov, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev, Bakı Şəhəri Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili, Rus Pravosloav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası şurasının katibi Konstantin Pominov, Azərbaycan Katolik kilsəsinin nümayəndəsi Yozef Marek, Azərbaycan Bəhailəri Mərkəzinin katibi Ramazan Əsgərli, “Azərbaycan Bibliya Cəmiyyəti” Xristian dini icmasının sədri Rasim Xəlilov da mövzu ilə bağlı fikirlərini bölüşüblər.

Digər xəbərlər