PDF Oxu

Siyasət

  • 3 700

Azərbaycan - Türkiyə əlaqələri özünün ən yüksək dövrünü yaşayır ŞƏRH

Azərbaycan - Türkiyə əlaqələri özünün ən yüksək dövrünü yaşayır ŞƏRH

Sentyabrın 25-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvana səfəri iki dost və qardaş ölkələr arasında əlaqələrin daha da möhkəmləndirilməsində növbəti addım oldu. Bu gün muxtar respublikanın bölgədəki əhəmiyyəti ciddi şəkildə artıb. Xüsusilə də 44 günlük qalibiyyətli Vətən müharibəsində Azərbaycanın öz ərazi bütövlüyünü təmin edəndən sonra Zəngəzur dəhlizinin açılması gündəmə gəlib. Bu isə o deməkdir ki, qərb rayonları ilə Naxçıvan arasında quru yolla birbaşa kommunikasiya qurulur. Həmçinin, Azərbaycan ilə Türkiyə arasında yeni bir quru yolu marşrutu yaranır. Naxçıvan həm də Türkiyənin Türk dünyasına açılan qapısıdır, Zəngəzur dəhlizi layihəsinin reallaşması ilə onun önəmi daha da artacaq.

Türkiyə Azərbaycanın bu muxtar bölgəsinin təhlükəsizliyinin qarantıdır. Otuz ildən çoxdur ki, Naxçıvan blokada vəziyyətindədir. Muxtar respublikaya elektrik enerjisi və “mavi yanacaq” İran tərəfindən verilir. Naxçıvan kimi strateji bölgənin blokadada saxlanılması, eyni mənbədən elektrik enerjisi və təbii qaz alması enerji təhlükəsizliyinin təmin edilməsində bir sıra problemlər yaradır. Türkiyə və Azərbaycan Naxçıvanın təbii qaz məsələsində İrandan asılılığını sıfıra endirmək üçün 2020-ci il dekabrın 15-də “Təbii qaz təchizatı üzrə Anlaşma Memorandumu” imzalayıb. Sentyabrın 25-də isə yeni İğdır-Naxçıvan qaz xəttinin təməli qoyuldu. Rəcəb Tayyib Ərdoğanın da vurğuladığı kimi, bu qaz kəməri layihəsi Azərbaycan ilə enerji sahəsində ortaqlığını daha da dərinləşdirməklə yanaşı, Avropanın enerji təhlükəsizliyinə də töhfə verəcəkdir.

Razılaşmaya uyğun olaraq Şərqi Anadolu təbii qaz xəttindən ayrılan İğdır təbii qaz kəmərinin davamı olaraq Naxçıvana qədər 85 kilometrlik yeni boru xətti çəkiləcək. İllik nəqletmə gücü 500 milyon kubmetr olacaq boru kəməri istifadəyə veriləndən sonra Naxçıvanın bütün təbii qaz tələbatını ödəyəcək.

Türkiyə Prezindenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvana səfəri zamanı Qars-Naxçıvan dəmir yolu layihəsinə dair Niyyət Protokolunun imzalanması, ölkəmiz tərəfdən Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikilməsi haqqında sazişin bağlanması, bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisinin ötürülməsi sahəsində Anlaşma Memorandumu əlaqələrimizin nə qədər sıx olmasından bir daha xəbər verir. Naxçıvan tarix boyu daşıdığı strateji əhəmiyyətlə bu gün də Azərbaycanla əlaqələrimizdə mühüm yer tutur. O qeyd edib ki, Şuşa Bəyannaməsi iki ölkə arasında münasibətləri müttəfiqlik səviyyəsinə yüksəldib. Azərbaycanlı qardaşlarımızın Türkiyədə baş verən zəlzələ ilə bağlı göstərdikləri dəstəyi heç zaman unutmayacağıq. Türkiyə Prezidenti deyib ki, Naxçıvan iqtisadiyyat, enerji xətləri baxımından böyük potensiala malikdir. Xəzərdən keçən Orta Dəhlizin önəmi koronavirus pandemiyası və bölgəmizdəki savaşlar zamanı daha da artıb. İğdır-Naxçıvan kəməri bölgənin də enerji təhlükəsizliyinə böyük töhfə verəcək. Türkiyə və Azərbaycan Respublikalarının prezidentlərinin bəyanatlarında səsləndirilən fikirlər, verilən mesajlar deməyə əsas verir və sübut edir ki, söylənilənlər, qarşıya qoyulan vəzifələr yalnız iki dövlətin xalqlarının mənafeyinə deyil, bəşəri ideyalara əsaslanır və dünya xalqlarının gələcəyi üçün əhəmiyyətlidir. Çünki qardaş dövlətlər separatizmdən, təcavüzdən, ədalətsizlikdən uzun illər əziyyət çəkmiş, nəhayət öz gücləri bahasına suverenliklərini təmin etmiş, müstəqilliklərini qorumuşlar.

Nicat İsmayılov

YAP Yasamal rayon “Akim Abbasov küçəsi 73 E” ünvanı üzrə ərazi partiya təşkilatının sədri

Digər xəbərlər