Azərbaycanın haqq işində daim yanında olaraq dəstək olan, bizim dərdimizi dərdi, sevincimizi isə öz sevinci sayan və qardaşlıq nümayiş etdirən Türkiyə ilə Azərbaycan arasında regionda nəhəng və ardıcıl layihələrin həyata keçməsinin şahidi oluruq. Cari ilin sentyabrın 25-də ölkələrimizin qardaşlıq münasibətlərinin tarixində daha bir önəmli hadisə baş verdi. Həm Azərbaycan həmdə Türkiyə Respublikarının liderlərinin iştirakı ilə, Naxçıvanda İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması mərasimi keçirildi. Naxşıvan 1920-ci ildə sovet hakimiyyəti tərəfindən Qərbi Zəngəzuru Azərbaycandan ayırmışdı və Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında komunikasiya əlaqələri kəsilmişdir. Azərbaycana qarşı işğalçılıq siyasətini aparmağa başlayanda Ermənistanın Naxçıvana qarşı da ərazi iddiaları var idi. Naxçıvanda aramsız və şiddətli döyüşlərin getməsinə baxmayaraq həmin dövrdə ümummili lider Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan düşmənin həmləsinin qarşısını alaraq öz ərazi bütövlüyünü qoruya bildi. Naxçıvan faktiki olaraq mühasirədə olduğu üçün Ermənistanın bütün elektrik və qaz xətlərini kəsməsi nəticəsində Naxçıvanın enerji təminatı yox idi və nəticədə 15 il Naxçıvan qazsız yaşamışdır. Qeyd etməliyəm ki , Naxçıvanın enerji təminatı Azərbaycanın əsas hissəsindən keçirdi. Azərbaycan torpağı olan Naxçıvana 2005-ci ildən İran İslam Respublikası ilə imzalanmış qarşılıqlı anlaşmaya görə, mübadilə yolu ilə qazın verilməsi təmin edilmişdir. 23 sentyabr da Azərbaycan – Türkiyə ilə imzalanmış və Təməli qoyulan İğdır-Naxçıvan qaz kəmərinin çəkilişi isə ikinci xətt vasitəsilə Naxçıvana təbii qazın verilməsinə şərait yaradacaqdır. Möhtəbər hadisənin imzalanma mərasimdən sonra isə hər iki ölkə başçısı bəyanatlar ilə mətbuata çıxış edərək Türkiyə-Azərbaycan əlaqələrinin dünyada müstəsna səviyyədə olduğunu vurğuladılar.
Xüsusi qeyd etməliyəm ki, son 3 il ərzində iki ölkələr arasında imzalanmış ikinci bəyanat-dır. İlk bəyanat “Şuşa bəyanatı” kimi müttəfiklik bəyanatı kimi hər iki ölkənin tarixinə qızıl hərflərlə yazıldı. İmzalanmış Birgə Bəyannamə - Müttəfiqlik haqqında Bəyannamə iki ölkə arasındakı əlaqələri yüksək zirvəyə qaldırır. Yəni, AzərbaycanTürkiyə münasibətləri hazırda özünün ən uca zirvəsinə yüksəlib. Xalqlarımızın eyni soykökə, dilə,dinə,ədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması ölkələrimizi həmişə birbirinə yaxın edib, xalqlarımız sevinc-li, kədərli günlərdə də bir-birinin yanında olub. Şuşa Bəyannaməsində ticarətiqtisadi münasibətlərə gəlincə, milli iqtisadiyyatların və ixracın şaxələndirilməsi üzrə səylərin artırılması, malların sərbəst hərəkətinin təşkili mexanizmlərinin yaradılması istiqamətində zəruri tədbirlərin görülməsi, Cənub Qaz Dəhlizinin səmərəli şəkildə istifadə olunmasına və daha da inkişaf edirilməsinə yönəldilmiş səylərin əlaqələndirilmiş şəkildə davam etdirilməsi, intellektual nəqliyyat sistemləri texnologiyalarından istifadə etməklə beynəlxalq nəq-liyyat dəhlizlərinin Azərbaycan-Türkiyə hissələrində tranzit-nəqliyyat potensialının daha da inkişafı, Azərbaycan və Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılması, regionda nəqliyyatkommunikasiya əlaqələrinin bərpası, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafının təşviqi kimi aktual məsələlər də yer alır. Azərbaycanın Cənubi Zəngəzur dəhlizi layihəsi çox əhəmiyyətli hesab edilir.
Azərbaycan və Türkiyə dünyaya öz birliklərini nümayiş etdirərək əsil qardaşlıq etalonu simvolunu yaratmışlar. Türkiyə Vətən müharibəsi və post müharibə dövründə Azərbaycanın yanında olduğu kimi ölkəmiz Türkiyənin çətin anlarında , bu yaxınlarda baş vermiş təbii faciələrdən olan zəlzələ və meşə yanğınlarında ilk köməyə gələn ölkə kimi öhdəsinə düşən qardaşlıq addımlarını təxirəsalınmaz şəkildə icra etməyə hazır olduğunu göstərmişdir. İmzalanmış bu anlaşmalar hər iki ölkənin əlaqələrini möhkəmləndirərək inkişaf etməsinə xidmət edəcək.
Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini