PDF Oxu

Siyasət

  • 2 719

Azərbaycan beynəlxalq tədbirlərin məkanıdır TƏHLİL

Azərbaycan beynəlxalq tədbirlərin məkanıdır TƏHLİL

Prezident İlham Əliyev: "Bizim siyasətimiz hər zaman aydın, şəffaf və birmənalı olub"

Azərbaycanın dünyanın ən inkişaf etmiş ölkələri sırasındadır. Ölkəmiz öz gözəlliyinə, inkişafına və digər keyfiyyətlərinə görə diqqət mərkəzindədir. Ölkəmizdə son illər ardıcıl olaraq çox nüfuzlu beynəlxalq tədbirlərə, toplantılara ev sahibliyi edir. Beynəlxalq tədbirlərə ev sahibliyi etməkdə maraqlı olan Azərbaycan dövləti bu toplantıların yüksək səviyyədə keçirilməsinə böyük şərait yaradır. Azərbaycanın dövlət maraqlarına uyğun şəkildə həyata keçirilən bu tədbirlər ölkəmizin dünyadakı nüfuzunu günü-gündən daha da sarsılmaz edir. Ölkəmizdə keçirilən beynəlxalq tədbirlərin dövlət maraqlarımıza uyğun formada keçirilməsi də təqdirəlayiqdir.
Siyasi sabitlik, dinamik sosial-iqtisadi inkişaf, cəmiyyətimizin demokratikləşməsi, nəhəng enerji və nəqliyyat layihələrinin reallaşması, eləcə də, informasiya və kommunikasiya texnologiyalarının tətbiqi, rabitənin inkişafı sahəsində nailiyyətlər Azərbaycanın qabaqcıl ölkələr sırasına çıxmasına imkan yaradıb. Orbitdə özünün telekommunikasiya peyki olan azsaylı ölkələrdən biri olan Azərbaycan orbitə öz peyklərini çıxara bilib, Belə ki, "Azərspace-1" telekommunikasiya peyki, "Azərsky" müşahidə peyki və "Azərspace". Sözsüz ki, bu uğurlar Azərbaycanda yüksək texnologiyaların tətbiqinə və ölkədə kosmik sənayenin yaradılmasına göstərilən böyük diqqətin məntiqi nəticəsidir. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin prioritet elan olunması, 2008-ci ildə "Azərbaycanda kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması", 2009-cu ildə ölkədə "Kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramının təsdiq edilməsi haqqında" Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları bu sahənin inkişafına dövlət səviyyəsində göstərilən diqqətin əyani təsdiqidir. 2010-cu ildə dövlət başçısı tərəfindən "Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin təsis edilməsi haqqında Sərəncam imzalandı. Həmin quruma telekommunikasiya peykinin istehsalı və orbitə çıxarılması, əsas və ehtiyat Yerüstü Peyk İdarəetmə Mərkəzinin yaradılması ilə bağlı xüsusi tapşırıq verildi. Azərbaycan, Avropa və Amerika mütəxəssislərinin birgə səylərinin nəticəsi olan, amma Azərbaycan adı ilə ərsəyə gələn "Azərspace-1" Azərbaycanın elmi-texniki və iqtisadi qüdrətinin daha bir göstəricisidir. İstismar müddəti 15 il olan "Azərspace-1" peyki Avropa, Afrika, Mərkəzi Asiya, Qafqaz ölkələri və Yaxın Şərq regionunu əhatə edir. Eyni zamanda, Azərbaycanın ilk telekommunikasiya peyki informasiya müstəqilliyinin və təhlükəsizliyinin təmin edilməsi, ölkəmizdə kosmik sənayesinin inkişaf etdirilməsi ilə yanaşı, kommersiya xarakterli və gəlirli bir layihədir. Bu peyk iqtisadi cəhətdən də səmərəlidir,

"Azərbaycanda kosmik sahəni inkişaf etdirməyə davam edirik"

"Bu gün Bakıda keçirilən Konqres Azərbaycanda kosmos sənayesinin, aparıcı texnologiyaların inkişafına və onun müasirləşdirilməsinə töhfə verəcəkdir". Bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində çıxışında deyib. Müasirləşmənin Azərbaycanın gələcəklə bağlı baxışlarını, gündəliyini və planlarını əks etdirdiyini vurğulayan dövlətimizin başçısı bildirib:"Müstəqillik dövründə Azərbaycan beynəlxalq ictimaiyyətin fəal üzvünə çevrilib. Bizim siyasətimiz hər zaman aydın, şəffaf və birmənalı olub, dostların qazanılmasına və əməkdaşlığın gücləndirilməsinə xidmət edib".
Cənab Prezident qeyd edib ki, Azərbaycanda kosmik sahəni inkişaf etdirməyə davam edirik, Azərbaycan 10 ildən artıqdır ki, beynəlxalq kosmos klubunun üzvüdür. "Bu gün bizim iki telekommunikasiya və bir Yer səthinin müşahidəsi peykimiz var.,, Biz bu sahəni Azərbaycanda inkişaf etdirməyə davam edirik", - deyə Prezident diqqətə çatdırıb,
Azərbaycan Prezidenti çıxışında ölkəmizin reallıqlarına nəzər salarkən, ölkəmizin Avropa İnstitutları ilə əməkdaşlığının da uğurla inkişaf etdiyini diqqətə çəkib, "Avropa İttifaqının bir neçə üzvü ilə Azərbaycan strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb. Bu, onu nümayiş etdirir ki, bizim xarici siyasətimiz açıqdır, əməkdaşlığa yönəlib və daha geniş regional inkişafa xidmət edir".
Azərbaycanın iki mühüm beynəlxalq təsisatın İƏT-in və Avropa Şurasının üzvü olduğunu xatırladan dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycan azsaylı ölkələrdən biridir ki, hər iki təsisatın üzvüdür. Bu iki vacib təşkilat 100-dən artıq ölkəni birləşdirir".

Bu gün paytaxt Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresi növbəti uğurumuzdur, Konqresin Azərbaycanda yüksək səviyyədə təşkili üçün böyük hazırlıq işləri görülüb, 100-dən artıq ölkədən 5 mindən çox nümayəndənin iştirakı tədbirə verilən önəmin göstəricisidir, Bu tədbir indiyədək keçirilmiş digər konqreslərlə müqayisədə iştirakçıların sayı və tərkibi baxımından eyni səviyyədədir, hətta bəzi göstəricilərə görə onlardan da üstündür.
Qeyd edək ki, altmış səkkiz ölkədən 398 üzvü birləşdirən Beynəlxalq Astronavtika Federasiyası dünyada texniki sahədə mövcud olan ən böyük qurumlardan biridir. Hələ Sovet İttifaqında ilk və yeganə Konqres Ulu Öndərin təşəbbüsü ilə Azərbaycanda Bakı şəhərində keçirilmişdir. Bu tədbirdən təxminən 6 ay sonra Azərbaycanın kosmik sənayesinin əsasları qoyulmuşdur. "Kaspi" Tədqiqat Mərkəzi yaradılmaqla, Azərbaycan mütəxəssisləri kosmik sahədə tədqiqatlara, kosmik cihazlar hazırlamağa başlamış, sonradan o cihazlardan "Salyut" və "Soyuz" kimi peyklərdə istifadə olunmuşdur. Bildiyimiz kimi, 2022-ci ildə - təxminən 50 ildən sonra müstəqil Azərbaycanda bu Konqres keçirildi,
Təbii ki, hər zaman olduğu kimi Azərbaycan bu dəfə də beynəlxalq tədbirə öz təcrübəsindən, ölkəmizdəki əmin-amanlıqdan yararlanaraq Konqresi Azərbaycanda ən yüksək səviyyədə təşkil edib,

Zümrüd BAYRAMOVA

Digər xəbərlər