44 günlük Vətən müharibəsi şəhidləridən olan - kapitan Həmidağa Hüseynzadə Bağı oğlunun anım günü və əsgər Rəşad Mikayılzadə İlham oğlunun isə doğum günü münasibəti ilə məzarları ziyarət olunub. Məzar ziyarətlərində YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal rayon İcra Hakimiyyətinin Başçısı Elşad Həsənov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon İdarəsinin rəisi Ramin Şükürov, YAP Yasamal rayonu və Yasamal Rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhid ailə üzvləri, qazilər, şəhidlərin döyüş yoldaşları və rayon ictimaiyyəti iştirak edib.
Şəhid hərbi qulluqçuların Yasamal rayonunda yerləşən 2-ci Fəxri xiyabandakı məzarları ziyarət edilib, ruhlarına dualar oxunub. Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, Həmidağa Hüseynzadə müharibədə göstərdiyi rəşadətə görə, “Qarabağ” ordeni, “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” medalları, Rəşad Mikayılzadə isə “Döyüşdə fərqlənməyə görə”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif ediliblər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!