Cari ilin sentyabrın 29-da BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı ilə keçirilən “Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində Zəngilanda “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimi keçirilib.
Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa işləri uğurla həyata keçirilərək dəvam etdirilir. Azərbaycan öz torpaqlarının sahibi kimi, Qarabağ həmdə Şərqi Zəngəzurda böyük quruculuq işləri nətcəsində investisiya meydanına çevrilərək müxtəlif istiqamətli layihələrin sürətli icrasına şahidlik edir. Buna misal olaraq yeni salınan avtomobil və dəmir yolları, elektrik və su xətləri, hava limanları, müasir yaşayış kompleksləri, körpülər, tunellər, məktəblər, xəstəxanalar, su-elektrik stansiyalarını göstərmək olar.
Regionda ev sahibliyi etdiyimiz növbəti beynəlxalq tədbir 29 sentyabr 2023-cü il tarixində Şərqi Zəngəzurun 53 ölkədən 200-ə yaxın xarici qonağın iştirakı, Azəırbaycanının beynəlxaq arenada artan nüfuzunun bir başa sübutudur. Bu tədbirlərin mütəq nəticəsi uzun illər işğal altında qalan torpaqlarımızda həyatın bərpasına xidmət edəcək. Zəngilanda “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qeyd etdiyi kimi: ”Zəngilan azad olunmuş ərazilərin ilk bölgəsidir ki, artıq burada keçmiş məcburi köçkünlər evlərinə qayıdıb. Ağalı “ağıllı kəndi”nə, - burada videoda da siz onu gördünüz, - ötən bahar aylarında həyat qayıdıb. Orada sakinlər xoşbəxt yaşayırlar. Mən Ağalı kəndində dəfələrlə olmuşam - sakinlərin qayıdışından əvvəl və sonra. Mən onun şahidi oldum ki, oraya qayıdan insanlar öz köklərinə nə dərəcədə bağlıdırlar. Heç zaman öz vətənini görməyən gənc nəsil qayıdıb. Bu, onu nümayiş etdirir ki, Azərbaycan xalqı öz köklərinə necə dərindən bağlıdır.” Düşmən işğalı nəticəsində xarabazara çevrilən bu torpaqlarda ölkə başçısı cənab İlham Əliyevin təşəbbüsü ilə “ağıllı şəhər” və “ağıllı kənd” layihələri icra edilib, müasir infrastruktur layihələrinin reallaşması üçün lazımi addımlar atılıb. Düşmən işğalı nəticəsində xarabazara çevrilən bu torpaqlarda ölkə başçısı cənab İlham Əliyevin təşəbbüsü ilə “ağıllı şəhər” və “ağıllı kənd” layihələri icra edilib, müasir infrastruktur layihələrinin reallaşması üçün lazımi addımlar atılıb. Azərbaycanın ən gözəl guşələrindən olan Zəngilan rayonunun kifayət qədər böyük iqtisadi potensialı var. Zəngilanın mövcud potensialı, məhsuldar torpaq sahələri kənd təsərrüfatının inkişafı baxımından vacib ərazilər hesab olunur. Rayonun coğrafi mövqeyi və təbii sərvətləri burada heyvandarlığın, biznesin inkişafına, məşğulluğun təmin olunmasına, bütövlükdə bölgənin dirçəlməsinə təkan verir. Zəngilan Beynəlxalq Hava Limanının istifadəyə verilməsi növbəti tarixi hadisə oldu. İşğaldan azad edilmiş ərazilərimizin sənaye potensialını nəzərə alsaq, hava limanı həm də həmin ərazilərdə istehsal olunacaq sənaye məhsullarının dünya bazarına çıxarılması və bütövlükdə regionun ixrac imkanlarının genişləndirilməsi baxmından çox vacibdir. Hava limanın istifadəyə verilməsi yeni iş yerlərinin yaradılmasına da xidmət edəcək. Bu isə xüsusən, işğaldan azad olunmuş ərazilərimizdə məskunlaşan vətəndaşlarımızın məşğulluğunun təmin olunması baxımından da vacibdir. Şərqi Zəngəzur Azərbaycanın qədim bölgələrindəndir. Regionun bu hissəsi Azərbaycanın mühüm proritet vəzifəsi kimi həmdə, Qarabağ bölgəsi kimi, yenidən təməli qoyularaq inşa edilir.
Qeyd etməliyəm ki, Vətən müharibəsin də ilk azad olunmuş ərazi olaraq Zəngilana artıq keçmiş məcburi köçkünlər öz dədə-baba evlərinə qayıdıb. Zəngilanda yeni salınmış Ağalı “ağıllı kəndi”nə, keçən yaz aylarında həyat qayıdıb. 30 il ərzində Ermənistan tərəfindən məhrum edilmiş bütün keçmiş məcburi köçkünlər səbirsizliklə gözləyirdilər ki, ata-baba torpaqlarına qayitsınlar. Vətən müharibəsində Azərbaycan haqq yolunda Zəfər qazanaraq bu işğala son qoyduq. Dəmir yumruq əməliyyatı nəticəsində başda Ali Baş Komandan İlham Əliyev olmaqla şəhidlərimiz və qazilərimiz bu torpaqları işgaldan azad etdilər. Bunun məntiqi əsası olaraq məhz bu gün Zəngilan beynəlxalq tədbirə ev sahibliyi edir. Azərbaycan bu gün regionda söz sahibi kimi sülhün, təhlükəsizliyin və sabitliyinin təminatçısıdır.
Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini