44 günlük qələbədən sonra Azərbaycan dövləti üçün prioritet məsələ işğaldan azad olunan ərazilərin bərpası və “Böyük Qayıdış”ın qısa müddətdə yüksək səviyyədə təmin edilməsidir. Ölkə rəhbərliyi “Böyük Qayıdış”ı yüksək səviyyədə həyata keçirmək əzmini dəfələrlə nümayiş etdirib. Hazırda işğaldan azad olunan ərazilərdə görülən önəmli və fundamental işlər Azərbaycanın bu istiqamətdəki qüdrətini bir daha göstərir. 2023-cü il sentyabrın 23-də Zəngilanda “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumu da bu istiqamətdə görülən işlərin stimullaşdırılmasını əhatə edirdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin forumda iştirakı, çıxışı da tədbirin hansı səviyyədə əhəmiyyətli olduğunun göstəricisidir. Bu forumda 53 ölkədən 200-ə yaxın xarici qonağın iştirakı da onun gərəkliyinin təsdiqidir.
Belə ki, Prezident İlham Əliyevin işğaldan azad olunmuş torpaqlara davamlı səfərləri və ən əsası, bu səfərlər zamanı həmin ərazilərdə aparılan quruculuq işləri çərçivəsində inşa edilən yeni strateji obyekt və müəssisələrin təməlinin dövlətimizin başçısı tərəfindən qoyulması həm siyasi, həm iqtisadi, həm mənəvi cəhətdən müstəsna əhəmiyyət kəsb etməklə yanaşı, dünyaya bir mesajdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva mayın 26-da Füzuli, Cəbrayıl və Zəngilan rayonlarına səfər zamanı dövlət başçısı Qarabağımıza «Böyük Qayıdış»ın rəmzi olan, Zəngilanın Ağalı kəndinin “Ağıllı kənd” layihəsi ilə yenidən qurulmasının başa çatması ilə əlaqədər Zəngilan rayonunun Ağalı kəndində ictimaiyyətin nümayəndələri ilə görüşdə demişdir ki, Müstəqillik Günü ərəfəsində burada olmalı idimi: “Çünki bunun böyük rəmzi mənası var, budur müstəqillik, budur azadlıq”.“Xalqımız artıq 30 ildir ki, azad xalq kimi yaşayır və bütün əldə edilmiş nəticələr, o cümlədən şanlı Qələbəmiz bax, bunun təməlindədir, bu müstəqilliyin təməlindədir. Ona görə müstəqillik ən böyük dəyərimizdir, sərvətimizdir, qoruyuruq və əbədi qoruyacağıq.İşğaldan azad olunan Qarabağda şəhərlərimiz, kəndlərimiz 30 il ərzində erməni separatçılar tərəfindən dağıdılıb, viran qoyulub. Xarabalığa çevrilən ərazilərimizi görəndə bu vəhşiliyi törədənin insan olub- olmadığına şübhə edirsən. İndi isə biz Qarabağa qayıtdıq və qayıdan kimi, şəhərləri, kəndləri bərpa etməyə başladıq. Çünki ermənilərdən fərqli olaraq, biz öz dədə-baba torpaqlarımıza qayıtmışıq və bundan sonra heç yerə gedəsi deyilik”Bu 30 il işğal zamanı ermənilər bizə məxsus olan tarixi abidələri, məscidləri, məzarlıqları dağıtmış, yüzlərlə mədəniyyət abidələrimizi yerlə yeksan etmişdilər. Tanınmış Azərbaycan ziyalılarının, şair və yazıçıların ev muzeylərinin yerləşdiyi tarixi binaları tamamilə məhv etmiş, işğal etdiyi ərazilərində mədəni irsin məhv edilməsinə və saxtalaşdırılmasına yönələn, beynəlxalq konvensiyalarda bəşəri cinayət hesab edilən əməllər törətmişlər.Prezident İlham Əliyev 2-ci Milli Şəhərsalma Forumunda çıxış edərkən bildirdi ki, “Azərbaycan özü, öz imkanları ilə, heç kimdən kömək istamədən, sıfırdan yeni şəhər və kəndlər inşa edir. Bu yeni inşa olunan şəhər və kəndlərdə müasir, qabağcıl texnologiyalar tətbiq edilir. Bunları ona görə edirik ki, keçmiş köçkünlərimizə yaşamaq üçün ən yaxşı şərait yaradılsın.
İşğaldan azad olunmuş ərazilərin bərpası prezident İlham Əliyevin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də öz əksini tapıb. Bu məsələnin növbəti illərdə ölkənin sosial-iqtisadi inkişafına dair beş milli prioritetdən biri olaraq müəyyən edilməsi ölkə rəhbərliyinin məsələyə böyük əhəmiyyət verdiyinin bariz nümunəsidir. Görülən işlər, atılan addımlar göz qabağındadır. Artıq Böyük Qayıdış reallaşıb və davam olunur. Türkiya, İsrail, İngiltərə, İtaliya, Rusiya, Pakistan Qarabağ bölgəsinin iqtisadi layihələrə maraq göstərillər. Qarabağda yeni iş yerlərin açılmasına, turizmin və ümumiyyətlə, Azərbaycanın bu bölgənin inkişafına gətirib çıxaracaq. Bu da, dolayısı ilə bütün Azərbaycanın inkişafına töhfə verəcək.
Zəngilanda keçirilən “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumu işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin yüksək sürətlə başa çatacağına istiqamətlənmiş tədbirdir. Bu və bu kimi tədbirlər həm də böyük vətənpərvərlik niyyəti ilə tarixləşir. Forumda cənab Prezidentimizin dediyi “Bakıdan, Sumqayıtdan, Gəncədən, Mingəçevirdən, digər şəhərlərdən kəndlərə axın baş verir. Bu gün artıq öz doğma yurdlarına qayıtmaq istəyən insanlardan ibarət növbə yaranıb. Onlar Bakıdan, ölkəmizin ikinci böyük şəhəri Sumqayıtdan, Gəncədən və digər bölgələrimizdən qayıtmaq istəyirlər. Onlar şəhərlərdən kəndlərə qayıtmaq istəyirlər” kəlamları həm forumla bağlı informasiyadır, həm də Vətən sevgisinin bir çalarına işıqdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu və ya digər forumda, toplantıda eyni mahiyyəti müəyyənləşdirən mahiyyətlərdən da danışır, onları müxtəsər də olsa şərh edir, onların assosiasiyasının konturlarını göstərir. Zəngilanda təşkil edilən forumda da erməniliyin mahiyyətini fəlsəfi düşüncə ilə ifadə edərək dedi: “Ermənistan uzun illər ərzində kriminal hərbi cinayətkarlar tərəfindən idarə olunurdu. İki prezident özləri Xocalı soyqırımında iştirak edənlər idi. Onlar buna görə cavab verməlidirlər, məsuliyyət daşımalıdırlar. Onlar Azərbaycan torpaqlarını talayanlar idi. İyirmi il ərzində onlar əllərindən gələni edirdilər ki, bizim işğal olunmuş torpaqlarımızda bu taktikanı işlətsinlər, həmin taktikanı Ermənistanda da tətbiq etməyə başladılar. Ölkə başçısı Forum iştirakçılarının diqqətinə çatdırdı ki, bölgənin yol infrastrukturu surətlə şaxələnir. Paytaxt Bakıdan bütün istiqamətlərdə 2000 kilometrdən çox yeni magistral yollar inşa olunur. Sovet dövründə mövcud olan dəmir yolu xətti bərpa edilib. İşğal dövründə həmin dəmir yolları Ermənistan qüvvələri tərəfindən sökülüb. Bu gün Horadizdən Zəngilana çəkilən dəmir yolunun inşası fəal fazadadır və tezliklə bu nəqliyyat dəhlizinin bu mühüm hissəsi hazır olacaq. Bu, Azərbaycanın əsas ərazisini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək layihədir. Oradan isə həmin dəmir yolu İran və Türkiyəyə keçəcək və nəhayət, Avropaya çatacaq. Zəngilanda təkcə pilot yaşayış layihəsi deyil, həmçinin pilot kənd təsərrüfatı layihəsi həyata keçirilir. “Dost Aqropark” adlanan bu layihə Azərbaycan və Türkiyə şirkətlərinin birgə müəssisəsidir və həmin aqropark artıq fəaliyyətdədir. Həçminin Zəngilan gələcəkdə Azərbaycanın qida təhlükəsizliyinə də töhfə verəcək.
Nicat İsmayılov
YAP Yasamal rayon “Akim Abbasov küçəsi 73 E” ünvanı üzrə ərazi partiya təşkilatının sədri