Azərbaycan Tarixi ədaləti, beynəlxalq hüququ güc vasitəsilə bərpa etdi. 30 il işğal altında olan ərazilərimizi 44 günlük Şanlı müharibə Azərbaycan ordusu Müzəffər ali baş komandan, cənab prezident İlham Əliyevin rəhbərliyi ilə geri qaytardı. Azərbaycan 30 il müddət ərzində düşmən işğalı altında olan və dağıdılmış ərazilərimizi yenidənqurma prosesi ilə sürətlə bərpa edir. Düşmənin işğal dövründə xarabalığa çevirdiyi ərazilərimizdə sürətli tikinti işləri gedir. Yeni yol-nəqliyyat infrastrukturu yaradılıb, elektrik xətləri çəkilib, yeni yarımstansiyalar inşa olunub. Genişmiqyaslı prosesdə xarici ölkələrin şirkətləri də yaxından iştirak edirlər. Qarabağın bərpası bütövlükdə region üçün xüsusi əhəmiyyət daşıyır.
Şanlı Qələbədən sonra yaranan reallıq regional əməkdaşlığın daha da gücləndirilməsinə yeni imkanlar yaradılıb. Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı istiqamətində böyük işlər həyata keçirilməsi, işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə Qarabağ Dirçəliş Fondunun təsis edilməsinin də əsas məqsədinin işğaldan azad olunmuş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi və ən əsas da gənc nəslin heç vaxt görmədiyi torpaqlara böyük sevinc və həvəslə qayıtması Azərbaycan xalqının necə də dərindən öz köklərinə bağlı olmasını göstərir. Prezident cənab İlham Əliyevin İkinci Azərbaycan Milli Şəhərsalma Forumunda da bildirdiyi kimi: “Zəngilan azad olunmuş ərazilərin ilk bölgəsidir ki, artıq burada keçmiş məcburi köçkünlər evlərinə qayıdıb.Bu gün Zəngilan beynəlxalq tədbirə ev sahibliyi edir. Bu, yenidən inşa edilmiş Konqres Mərkəzi dünən açılıb. Təkcə bu bina deyil, Zəngilanın müxtəlif istiqamətlərində fəal işlər gedir. Dediyim kimi, ilk “ağıllı kənd” Zəngilan rayonunda yerləşir. Bu şəhərin Baş planı artıq təsdiq edilib. Biz infrastruktura böyük vəsait ayırmışıq, bir neçə yaşayış layihəsi icra edilməkdədir. 2025-ci ildə, ola bilər bir az da tez, Zəngilan şəhərinin ilk sakinləri qayıdacaqlar.”Bu gün nəinki, Zəngilan şəhəri, bütün Qarabağ məkanı dünyanın ən müasir üslubunda qurulur və bura insanların yaşamaq üçün arzuladıları gözəl məkana çevriləcəkdir. Bu gün biz xoşbəxt günlər yaşayırıq və əminik ki, biz əbədi olaraq bu torpaqlara qayıdırıq, bu torpaqları daim inkişaf etdirəcəyik.
Fuad Həbibzadə
YAP Yasamal rayon təşkilatının məsləhətçisi